Bakıda iki mikroavtobus toqquşdu: 20 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda iki mikroavtobus toqquşdu: 20 yaralı

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, "Mersedes" və "Ford" markalı mikroavtobusların toqquşması nəticəsində 20-dən çox sərnişin yaralanıb.

Yaralılar 10-a yaxın təcili yardım maşını ilə müxtəlif xəstəxanalara çatdırılıb.

Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm