Bakıda qadın 5-ci mərtəbədən yıxıldı - ŞOK VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda qadın 5-ci mərtəbədən yıxıldı - ŞOK VİDEO

Bu gün saat 11 radələrində Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada bədbəxt hadisə baş verib.

"Yeni Müsavat" qəzetinin əməkdaşlarından birinin verdiyi məlumata görə, o, həmin hadisənin şahidi olub: "Biz körpünün üstündən gördük ki, doqquzmərtəbəli binanın beşinci mərtəbəsində bir gənc qadın eyvandan sallanır, ərinin və ya qardaşının əlindən yapışıb qışqırır. Artıq aşağıda adamlar da yığışmışdı. Görünür, onlar bir neçə dəqiqə idi ki, bu vəziyyətdə idilər. Qəfildən qadın əlini buraxdı və gözlərimizin önündəcə yerə çırpıldı".

Məsələ ilə bağlı dərhal adı çəkilən ünvana yollandıq. Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri gəlib. O, bir müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Aşağıda dayanmış adamlar onu təcili olaraq xəstəxanaya çatdırıblar.

Şahidlər deyirlər: “Biz qadının səsinə gəldik. Gördük ki, balkondan sallanıb və kömək istəyir. Onun həyat yoldaşı isə əllərindən tutub, yuxarı çəkmək istəyir. Amma gücü çatmırdı. Üstəlik, həyəcanlı olması da hiss edilirdi. Biz kömək etmək istəyirdik, amma bu, qeyri-mümkün idi. Çünki mənzilin qapısı bağlı idi. Nə xanımın əri qadının əllərini buraxıb, qapını aça bilərdi, nə də biz 5-ci mərtəbəyə başqa yolla qalxa bilərdik.

Aşağıda dayanaraq, qadını tutmağa çalışdıq. Amma alınmadı. Qadın yerə düşən zaman birinci mərtəbədəki mənzilin balkonundakı üst örtüyə çırpıldı. Ona görə də tuta bilmədik. Amma bəxti gətirdi ki, yer beton deyildi. Sadəcə palçıq idi. Qadın yerə düşən kimi onu dərhal hospitala apardıq. Ölməmişdi, sağ idi. Başı arxadan qanamışdı. O da yerə düşəndə 1-ci balkondakı örtüyə çırpıldığına görə idi.

Mənim üstüm, gördüyünüz kimi, qan içindədir. Vətəndaşlıq borcumu yerinə yetirib, qadına köməklik etdim. Apardıq hospitala. Qadının sol qolu qırılmışdı. Ağrıdan huşunu da itirdi. Beli üstə düşdüyü üçün nisbətən az xəsarət alıb. Amma indi vəziyyəti necədir, onu bilmirəm”.

Məsələ ilə bağlı “Modern” hospitalı ilə əlaqə saxladıq. Hospitaldan verilən məlumata görə, qadının vəziyyəti çox ağırdır: “Xəstə Lalə Bayramovanı bizə ağır vəziyyətdə gətiriblər. Hazırda onun vəziyyəti çox pisdir. Bədənin müxtəlif hissələrində, körpücük və onurğa sümüyündə sınıqlar var”.

Ətrafda olanlardan biri qadının eyvandan sallanma və aşağı düşmə epizodunu mobil telefonla lentə alıblar. Həmin videonu təqdim edirik:













Oxumağa davam et
Reklam
Reklam

Gündəm