Sərxoş kişi özünü çoxmərtəbəli binadan atmaq istədi (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Sərxoş kişi özünü çoxmərtəbəli binadan atmaq istədi (FOTOLAR)

Bu gün səhər saatlarında Gəncədə sərxoş şəxs intihara cəhd edib.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə Adilxan Ziyadxanov küçəsi, 38 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.

Şəhər sakini Samir Mehdiyev adıçəkilən ünvandakı çoxmərtəbəli binanın damına çıaxaraq özünü oradan atmağa cəhd göstərib.

Dərhal hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi, təcili tibbi yardım işçiləri cəlb olunub. Aparılan danışıqlar nəticəsində ağır dərəcəli sərxoş vəziyyətdə olan Samir Mehdiyevi fikrindən daşındırmaq mümkün olub və o, polis əməkdaşlarının səyi nəticəsində ərazidən uzaqlaşdırılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, S.Mehdiyev ailəsində baş verən itkilərlə bağlı mənəvi sarsıntı keçirdiyi üçün bu addımı atmaq istəyib. Polis İdarəsinə aparılan S.Mehdiyevin özünə qəsd etmək istəməsinin dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, bəzi məlumatlara görə, fevralın 15-də S.Mehdiyevin azyaşlı övladı dünyasını dəyişib və o da bu dərdə dözməyərək intihar etmək qərarına gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm