Qırmızı.az
Həkimlərin 4 yaşlı qurbanının ümidi sizsiniz
Həkim səhlənkarlığı üzündən doğulduğu gündən ağır xəstəlikdən əziyyət çəkən 4 yaşlı Hacıbala Hacıyevə kömək lazımdır.
Publika.az xəbər verir ki, 2010-cu il təvəllüdlü H.Hacıyev də savadsız həkimlərin növbəti qurbanlarındandır. Övladının durumu ilə bağlı saytımıza müraciət edən ata Habil Hacıyev qeyd edib ki, oğlu anadangəlmə sarılıq xəstəliyi ilə dünyaya gəlib. Lakin uşağın doğulduğu Prenetal xəstəxanada xəstəliyi ilə bağlı elə ilk gündən aparılan müalicə səhv olduğundan övladının xəstəliyi sağalmaq əvəzinə, günü-gündən daha da kəskinləşib.
Belə ki, müsbət 1 və mənfi 1 rezuslu qan qrupu daşıyıcı olan valideynlərin övladında sarılıq xəstəliyi aşkar edilib. Bu səbəbdən bir müddət xəstəxanada qalmalı olan uşaqda sarılığın tez keçməsi üçün Sədaqət adlı həkim müsbət 1 rezuslu qan vurulmasını məsləhət bilib:
“Adətən, yeni doğulan uşaqların əksəriyyətində sarılıq olur. Ancaq bir müddət sonra keçib-gedir. Lakin mənim oğlumda bu problem keçib-getmədiyi üçün bir müddət xəstəxanada qalmağı məsləhət bildilər. Həkim evə tez buraxılmağımız üçün uşağa müsbət qan vurdurdu. Ancaq sonradan məlum oldu ki, uşağın bədəni bu qan qrupunu qəbul edə bilmir. Həkim özü bizə bildirmişdi ki, sarılığın keçməsi üçün uşağa mütləq müsbət qan vurulmalıdır. Ancaq bu qan vurulandan bir neçə gün sonra oğlum şoka düşdü”.
Ata qeyd edib ki, şokdan sonra körpə kliniki ölüm keçirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpəyə bu dəfə mənfi rezuslu qan vurulub. Körpənin vəziyyəti ancaq bundan sonra düzəlməyə başlayıb və sarılığı keçib.
Uşağın atası H.Hacıyevin sözlərinə görə, həkimin səhlənkarlığı və savadsızlığı üzündən elə ilk gündən oğlunun müalicəsi səhv istiqamətdə aparılıb:
“Sarılıq xəstəliyi keçib getsə də, sonradan başqa problemlər ortaya çıxdı. Hazırda oğlumun 4 yaşı var. Buradakı həkimlər iflic diaqnozu qoyublar. Ancaq mənim uşağımın şüuru, ağlı yerindədir. Çətinliklə də olsa, hərəkət edir, ayaqlarını, əllərini tərpədir. Prenetal xəstəxanada dəqiq diaqnoz da qoya bilmədilər ki, problem nədir”.
H.Hacıyev əlavə edib ki, ümumiyyətlə, xəstəxana sənədlərində uşağın sarılıqla doğulması, səhv qan vurulması səbəbindən uşağın şoka düşməsi, kliniki ölüm keçirməsi ilə bağlı heç bir qeyd aparılmayıb:
“Bizim başımız uşağın xəstəliyinə qarışdığından bu barədə xəstəxanadan nə isə tələb etmək də ağlımıza gəlmədi. Düzü, ürəyim də gəlmədi ki, şikayət edim. Qan köçürən həkim özü mənə dedi ki, bir işdir olub. Deyir, gedək tutdur məni, sonra nə olacaq?”
Atanın sözlərinə görə, övladının müalicəsi Azərbaycanda mümkün deyil. Müalicə üçün Almaniyaya getmək lazımdır:
“Uşağın sənədlərini Almaniyaya göndərdik. Oradakı xəstəxanadan bildiriblər ki, gəlsin. Ancaq müalicə üçün külli miqdarda pul lazımdır. Bizimsə buna imkanımız yoxdur”.
Həkim səhlənkarlığının 4 yaşlı qurbanı olan H.Hacıyevin sağalması üçün 97 min 230 avro lazımdır. Ata imkanı olanlardan oğlunun sağalması üçün kömək istəyir.
Bu məqsədlə “Unibank”da hesab da açılıb.
Müştəri adı: HACIYEV HABİL HACIBALA OĞLU
Müştərinin hesab N-si: AZ58UBAZ08167151841010AZN001
Benefisiar (alan) Bank: UNIBANK CB
SWIFT adresi: UBAZAZ22
(Baku, AZ, Azerbaijan)
Kod: 506247
VÖİN: 1300017201
Benefisiar Bankın hesab N-si: AZ46NABZ013501000 000 000 15944
Qeyd: ödəniş tapşırığının təyinatını göstərmək məcburidir. Əks halda ödəniş tapşırığı geri qaytarılacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!