Baş Prokurorluqdan Masazırdakı qətllə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Baş Prokurorluqdan Masazırdakı qətllə bağlı AÇIQLAMA

Bu gün Masazırda baş vermiş qətlə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətini rəhbəri Eldar Sultanovun Publika.az-a verdiyi məlumata görə, bu gün saat 14 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Romi” motelində qətl hadisəsi baş verib.

1980-ci il təvəllüdlü Zöhrab İsmayılov qısqanclıq zəminində keçmiş arvadı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanın boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi baslanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Z.İsmayılov hal-hazırda rayon prokurorluğunda dindirilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm