Qırmızı.az
İntiqam Əliyevin səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhətində problemlərin olması ilə bağlı ictimaiyyətdə fikirlər yayılıb.
Publika.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev bununla bağlı açıqlama verib.
R.Mehdiyev bildirib ki, son illər məhkum və təqsirləndirilən şəxslərin tibb və dərman təminatı, onlara göstərilən tibbi yardımın keyfiyyəti xeyli yüksəlib, penitensiar müəssisələr, o cümlədən İ.Əliyevin saxlanıldığı müasir tipli Bakı İstintaq təcridxanası da yüksək beynəlxalq standartlara cavab verən ən son qabaqcıl tibbi avadanlıqla təchiz olunub və həbs olunmuş şəxslər mütəmadi müayinələrə cəlb olunurlar.
Onun sözlərinə görə, İ.Əliyevin də səhhəti nəzarətdə saxlanılır və onun əvvəllər heç bir şikayəti olmayıb. Oktyabrın ortalarında o, bel nahiyəsində olan ağrılardan şikayətini bildirib və bununla əlaqədar aidiyyəti sahələr üzrə aparıcı həkim-mütəxəssislər tərəfindən müayinələrdən keçirilib, həmçinin Tibb baş idarəsinin təşəbbüsü əsasında onun Səhiyyə Nazirliyinin ən müasir avadanlıqla təchiz olunmuş Milli Onkologiya Mərkəzində onurğa sütununun və baş-beyinin Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsi aparılıb və nəticədə onda onkoloji və ya digər ciddi proses aşkar olunmayıb.
R.Mehdiyev deyib ki, İ.Əliyevin sağlıq durumu stabil qiymətləndirilir, lakin belə suallar səsləndirildiyi üçün tibb xidməti onun Səhiyyə Nazirliyinin ixtisaslaşmış müalicə-diaqnostika mərkəzlərində əlavə zəruri müayinələrdən keçməsini təşkil edəcək.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO