Polis əməliyyatı- Bakıya giriş məhdudlaşdırılıb? - VİDEO
Bizi izləyin

Qırmızı.az

Polis əməliyyatı- Bakıya giriş məhdudlaşdırılıb? - VİDEO

Bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İdarəsi “Xırdalan postu” kimi tanınan Ekologiya Postunda əməliyyat keçirir.

Hadisə şahidlərinin avtolent.az-a verdiyi məlumata görə, əməliyyatlar əsasən gecə saat 00.00-dan sonra başlayır və bir neçə saat davam edir. Əməliyyat zamanı Bakı şəhərinə daxil olan bütün avtomobillər bir-bir yoxlanılır. Bunun nəticəsində paytaxtın girişində böyük tıxac müşahidə edilir.

Yoxlamaların hansı məqsədlə aparıldığı isə açıqlanmır.

Baş Dövlət Yol Polisi İdarəsindən avtolent.az-a Ekologiya Postunda həyata keçirilən əməliyyat barədə şərh vermək istəməyiblər.

Hadisə şahidləri əməliyyat zamanı çəkilmiş video görüntüləri də avtolent.az-a təqdim ediblər:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm