Hamının gözü önündə 22 yaşlı qızı qatarda zorladı
Bizi izləyin

Qırmızı.az

Hamının gözü önündə 22 yaşlı qızı qatarda zorladı

Fransanın paytaxtı Parisdə 22 yaşlı universitet tələbəsi şəhərətrafı qatarda sərnişinlərin gözü qarşısında zorlanıb.

Publika.az-ın məlumatına görə, qatardakı sərnişinlərdən heç biri hadisəyə müdaxilə etməyib. Fransız mətbuatında yer alan xəbərə görə, hadisə fevralın 4-də baş verib. Universitet tələbəsi Parisdən 40 kilometr uzaqda olan Meluna gedən 23.49 şəhərətrafı qatarına minmək üçün vağzala gəlib. Gənc qız qatar gözləyərkən bir adam qıza yaxınlaşaraq ona söz atmağa başlayıb. Sonra qızın arxasınca qatara minən şübhəli şəxs onu hər kəsin gözləri önündə zorlayıb.

Bu müddət ərzində sərnişinlərdən kimsə qıza kömək etməyə cəhd belə göstərməyib. Qatar mənzil başına çatdıqdan sonra isə heç bir şey olmamış kimi vaqonu tərk ediblər. Qatardan düşərək evinə gedən qızı təqib edən şübhəli ikinci dəfə qızı zorlayıb. Sonra isə qaçaraq uzaqlaşıb. Hadisədən şok keçirən qız valideynlərinə heç nə deməyib. Bu barədə rəfiqəsinə danışdıqdan sonra polisə məlumat verilib.

Ətrafdakı təhlükəsizlik kamerasındakı görüntülərə baxıldıqdan sonra təcavüzkarın 38 yaşlı küçədə yaşayan bir nəfər olduğu məlum olub. Şübhəli şəxs saxlanılıb və faktla bağlı cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm