Emin Ağalarovdan həmkarımıza dəstək - FOTO
Bizi izləyin

Qırmızı.az

Emin Ağalarovdan həmkarımıza dəstək - FOTO

Bəstəkar-müğənni Emin Ağalarov leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədovaya hədiyyə göndərib.

Publika.az-ın məlumatına görə, bu barədə G.Məmmədovanın həyat yoldaşı Murad Hüseynov sosial şəbəkədə yazıb:
“Doğrusu, Emin Ağalarovun adından mənə zəng vurub onun Gülərə dəstək olduğunu və ona hədiyyə göndərdiyini deyəndə inanmadım. Telefon nömrəmi də “Trend” agentliyinin saytından tapmışdılar. Bu günlər çox ağır günlərdir, heç kimə belə günlər arzulamıram. Ona görə zəng vuran adama “problem yoxdur, görüşərik” dedim və məsələnin davamı olmayacağını düşündüm. Dünən mənə bu hədiyyəni çatdıranda və ən əsası, onu alan zaman Gülərin reaksiyasını görəndə hər şeyin yaxşı bitəcəyinə ümidim artdı. Bizim indi mənəvi dəstəyə böyük ehtiyacımız var və birdən-birə gözlənilmədən belə bir məşhur insandan dəstək alanda gələcəyə inam ikiqat artır. Tək olmadığını, ətrafında insanların olduğunu bir daha anlayırsan”.

Murad Hüseynov bildirib ki, Emin Gülər Məmmədovanın ən sevimli müğənnisidir:
“Mahnılarını da telefona köçürüb özü ilə xəstəxanaya aparıb. Eminin hədiyyəsini də “Mən qalib gələcəm!” sloqanının yanına vurmuşuq. Mübarizə davam edir və bu işdə bizə kömək olanların hamısına minnətdarlığımı bildirirəm!”

Xatırladaq ki, G.Məmmədova bir müddət öncə də eyni xəstəlikdən müalicə olunmuşdu. Ancaq son günlər Məmmədovanın səhhətində ciddi problem yaranıb və o, hazırda Bakıda müalicəsini davam etdirir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm