AZAL: “Təyyarələr Gəncə hava limanına enə bilmir”
Bizi izləyin

Qırmızı.az

AZAL: “Təyyarələr Gəncə hava limanına enə bilmir”

Hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq Gəncə şəhərinə olan uçuşların vaxtı dəyişib.

Bu barədə Publika.az-a “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

M.Səfərli bildirib ki, Gəncə hava limanından verilən məlumata əsasən təyyarələr enə bilmir.

“Hava şəraiti ilə əlaqədar olaraq 09:55-ə olan reys 12:00-a qədər təxirə salınıb. Hava şəraiti normal olarsa, həmin istiqamətdə uçuşlar 12:00-da həyata keçiriləcək. Lakin digər istiqamətlərə olan uçuşların vaxtında hər hansı dəyişiklik yoxdur”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi ilə bağlı məlumat yayıb. Məlumata əsasən, şimal küləyi güclənəcək, fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm