Ramil Usubovdan yeni rəis təyinatları - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Ramil Usubovdan yeni rəis təyinatları - SİYAHI

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Şəki Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev tutduğu vəzifədən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Bundan başqa, Şəki ŞRPŞ-nin istintaq bölməsinin rəisi Çingiz Osmanov Sabunçu RPİ-nin istintaq şöbəsinin rəisi, Şəki ŞRPŞ-nin əməliyyatçısı Rəşad Rəcəbov isə Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, bir müddət əvvəl R. Usubovun əmri ilə Sabunçunun polis rəisi Cavanşir Babayev təqaüdə göndərilib. Onun yerinə Şəki RPŞ-nin rəisi Eldar İlyasov təyinat alıb.

APA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm