Kəmaləddin Heydərov Astarada qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Astarada qəbul keçirəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən fevralın 20-də Astara şəhərində, Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, qəbulda yalnız Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Astara şəhəri, Nizami küçəsi 5) 19 fevral 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Oxumağa davam et
Reklam
Reklam

Gündəm