Nazirlik mühafizə polisindən şikayətləri araşdırır
Bizi izləyin

Qırmızı.az

Nazirlik mühafizə polisindən şikayətləri araşdırır

Ağcabədi RPŞ “Azər-mühafizə” MMC-nin rayon filialının rəisi Malik Səfərov barəsində araşdırmalara başlayıb.

Publika.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev M.Səfərovdan polisə şikayət ediblər.

Onlar 2014-cü ildə “Azər-mühafizə” MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadıldıqlarını və ümumilikdə 12 min 900 manat pullarının alındığını bildiriblər.

Qeyd edək ki, Baş Prokurorluq ötən ay “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovu qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldatdığı üçün həbs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm