Polisin poqonunu sökdülər
Bizi izləyin

Qırmızı.az

Polisin poqonunu sökdülər

Polisə qarşı xuliqanlıq edənlərə cinayət işi açılıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, fevralın 15-də saat 19:30 radələrində Bakı Metropoliteninin Polis şöbəsinin polis nəfəri Tahir Mikayılov xidməti vəzifələrinin icrası bitdikdən sonra Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında olarkən Masallı rayon sakinləri - Elmin Hacıyev və Kərim Kərimov ictimai qaydanı kobud şəkildə pozaraq ona qarşı zor tətbiq edərək bədən xəsarətləri yetiriblər. Həmçinin onun üzərində olan xidməti geyim formasının poqonunu sökərək zədələyiblər.

Bu faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm