Qırmızı.az
Yollarda bu qaydaları pozanlar cəzalandırılacaq
Azərbaycanın avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin əhatə dairəsinin genişləndirilməsi gözlənilir.
Trend xəbər verir ki, bununla bağlı Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə (İXM) əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.
İXM-in 164-cü maddəsinə (Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərə görə, bundan sonra aşağıdakı xətalara görə də cərimələr tətbiq olunacaq.
Maddəyə ediləcək əlavəyə görə, yolun hərəkət hissəsində və ya səkilərdə yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına görə cərimələr nəzərdə tutulur.
Bundan sonra avtomobil yollarının torpaq sahələrində müvafiq
işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl
etməyənlər də cərimələnəcək.
Habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və
piydaların hərəkətinə maneə yaradanlara qarşı da cərimə tətbiq
olunacaq.
Avtomobil yollarında “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi, həmçinin “Avtomobil yolları haqqında” qanunla müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi qadağan edilir. Bu qaydaları pozanlar cərimələnəcəklər.
Həmin maddəyə edilən digər əlavəyə görə, təhkim zolağında
avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən
qurulması ilə bağlı olmayan işlər görən, eləcə də yol hərəkətinin
təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti
həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti
tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının
tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə
tutulmayan bina və qurğular yerləşdirənlər
cəzalandırılacaqlar.
Həmçinin, tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndisi konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və yolda yerləşdirilən qurğulara müdaxilə edilməsinə görə də cərimələr tətbiq ediləcək.
Yuxarıda qeyd edilən xətalara yol verən fiziki şəxslər 80 manatdan 100 manatadək miqdarda, vəzifəli şəxslər 400 manatdan 500 manatadək miqdarda, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə olunacaqlar.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!