Xüsusi fərqlənmiş tələbələrə diplom verildi
Bizi izləyin

Qırmızı.az

Xüsusi fərqlənmiş tələbələrə diplom verildi

Qaliblər qiymətli hədiyyələr ilə mükafatlandırılıb

Tovuz rayonunda Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən reallaşdırılan VIII Möcüzə-Liderlik Məktəbi layihəsinin bağlanış mərasimi baş tutub.

Publika.Az-ın verdiyi xəbərə görə, 28 ali və orta ixtisas məktəblərindən 100 tələbənin iştirak etdiyi VIII Möcüzə-Liderlik Məktəbi layihəsi fevralın 10-dan 16-dək həyata keçirilib.

Layihə ərzində iştirakçılar dörd komandaya: Ümid, Çıraqlı, Günəşli və Şahdəniz komandalarına bölünüblər. Layihə çərçivəsində iştirakçılara etiket, layihələrin yazılması və idarə olunması, liderlik və sosial media təlimləri keçirilib və keçirilən təlimlərə əsasən iştirakçılar imtahan veriblər. Xüsusi ilə fərqlənmiş tələbələr diplomlar ilə təltif olunublar.

Sonda layihənin qalib olan Günəşli komandasının üzvləri “Skandinaviya Evi” nin təqdim etdiyi qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm