5-ci mərtəbədən yıxılan qadının vəziyyəti ağırdır
Bizi izləyin

Qırmızı.az

5-ci mərtəbədən yıxılan qadının vəziyyəti ağırdır

Yaşadığı binanın eyvanından yıxılıb xəsarət alan Lalə Bayramova vəziyyəti ağır dəyərləndirilir.

Bu barədə Publika.az-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan verilən məlumata görə, onun onurğasında, qolunda, çiyin nahiyəsində sınıq var. Həmçinin döş qəfəsi, qabırğaları da zədələnib. Kəllə-beyin travması alsa da, gemotoma yoxdur.

L.Bayramovanın vəziyyətindən asılı olaraq bu gün və ya sabah sol ətraflarındakı sınıqlara görə əməliyyat ediləcək. Onurğasındakı sınıq isə əməliyyatsız, konservatik üsulla aradan qaldırılacaq. Xəstə bundan sonra təxminən 45 gün yataq rejimində olacaq. Daha sonra neyrocərrah onun vəziyyətini dəyərləndirəcək. Həkimlər onun müalicədən sonra ayağa qalxmasında problem olmayacağını bildirir.

Qeyd edək ki, L.Bayramova iki gün əvvəl 5-ci mərtəbədən yıxılmışdı. O, əvvəlcə “Modern” hospitala, daha sonra 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ailənin istəyinə əsasən xəstə ötən gündən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm