CASCFEN İdarə Heyəti növbəti toplantısını keçirdi
Bizi izləyin

Qırmızı.az

CASCFEN İdarə Heyəti növbəti toplantısını keçirdi

2013-cü il ərzində ifadə azadlığı mədəniyyəti istiqamətində icra edilən layihə və çalışmalar böyük uğurla başa çatıb

Bakı, CASCFEN, 17.02.2014 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti növbəti toplantısında bir sıra mühüm məsələləri müzakirə edib.

Təşkilatdan Publika.az-a verilən məlumata görə, şair, jurnalist Oktay Hacımusalının ərizəsi nəzərə alınaraq CASCFEN üzvlüyünə qəbul edilib.

Daha sonra təşkilatın layihələrinin icra durumu ətrafında müzakirə aparılıb. Qurumun sədr müavini Rey Kərimoğlu bildirib ki, təşkilatın QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etdiyi onlayn etika məsələlərinə aid növbəti layihəyə müsbət cavab verilib. Təşkilat ən qısa müddətdə layihənin icrasına başlayacaq. Bundan başqa o da qeyd edilib ki, 2013-cü il ərzində ifadə azadlığı mədəniyyəti istiqamətində icra edilən layihə və çalışmalar böyük uğurla başa çatıb.

Daha sonra qurultaya hazırlığın durumu müzakirə edilib. İlkin hazırlıq işləri müsbət dəyərləndirilib və ən qısa müddət ərzində qurultayın keçirilməsi üçün çalışmaların sürətləndirilməsi qərara alınıb.

Toplantının sonunda o da qərara alınıb ki, CASCFEN-in fəaliyyətindəki xidmətlərinə görə qurumun bir neçə üzvü təltif edilsin. Bundan başqa, ifadə azadlığı mədəniyyətinə örnək ola biləcək bir neçə şəxsin də təltif edilməsi ətrafında müzakirələr aparılıb və qurultaya qədər bu məsələnin də həlli qərara alınıb.

Toplantıda CASCFEN sədri Azər Həsrət, sədr müavinləri Rey Kərimoğlu və Nadir Azəri, İH üzvləri – Prof. Dr. Ramiz Əskər, Lalə Musaqızı, Elşad Paşasoy və Qalib İbrahimoğlu iştirak edib.

Qurumun Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgərova da toplantıya qatılıb.

İH üzvlərindən Dr. Nüşabə Hüseynli və Səhər Əhməd üzrlü səbəbdən toplantıya qatıla bilməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm