• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanda kişi arvadlarını öldürüb basdırdı

Azərbaycanda kişi arvadlarını öldürüb basdırdı

Gəncədə 3-cü həyat yoldaşını öldürən şəxsin 10 il bundan əvvəl 2-ci arvadını da qətlə yetirdiyi məlum olub.

Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən ilin dekabrın 19-da həyat yoldaşı, 1985-ci il təvəllüdlü Esmira Bağban qızı Əliyevanı qətlə yetirdiyinə görə həbs edilən şəhər sakini, 1963-cü il təvəllüdlü Vidalət Təbriz oğlu İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb. Məlumata görə, V. İsmayılov 2006-cı ildə 2-ci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Akif qızı Əsgərovanı da qətlə yetirərək Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb. Hazırda hüquq-mühafizə orqanları meyitin basdırıldığı ərazidə araşdırma aparırlar.

Qeyd edək ki, V. İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.(APA)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR