Professorun daha bir qızına vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

Professorun daha bir qızına vəzifə verildi

Tanınmış mətbuat tədqiqatçısı professor Şirməmməd Hüseynovun qızı Milli Konservatoriyaya prorektor vəzifəsinə gətirilib.

Axar.az xəbər verir ki, Lalə Hüseynova Milli Konservatoriyanın Elmi İşlər üzrə prorektoru təyin edilib. L.Hüseynova əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımovun yerinə təyin edilib.

Xəbəri Axar.az-a Milli Konservatoriyadan da təsdiqlədilər. Bildirdilər ki, Konservatoriyanın bundan öncəki Elmi İşlər üzrə prorektoru V.Əbdülqasımov vəfat edib və boş qalan vəzifəyə Ş.Hüseynovun kiçik qızı təyin edilib.

Xatırladaq ki, Ş.Hüseynovun böyük qızı Fərəh Hüseynova Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm