Qırmızı.az
Tələbələr təqaüdlərini nə vaxt alacaq?
Azərbaycanın ali məktəb tələbələri təqaüd ala bilmirlər.
Bakı Dövlət Universiteti, Azərbaycan Turizm Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dillər Universitetlərinin tələbələrinin Publika.az-a verdiyi məlumata görə, yanvar ayının təqaüdünü ala bilməyiblər. Tələbələrin sözlərinə görə, hər il semestr tətilindən qayıdandan sonra yanvar ayının təqaüdünü alıblar. Artıq tətil çoxdan başa çatsa da, təqaüd ala bilməyiblər.
Təhsil aldıqları ali məktəblərdən tələbələrə gecikmənin onlardan asılı problem olmadığını deyiblər. Gecikmənin səbəbini öyrənmək üçün biz də ali məktəblərlə əlaqə saxladıq.
Bakı Dövlət Universitetindən bildirdilər ki, təqaüdlərin gecikmə səbəbi maliyyə ilə bağlıdır.
“Biz illik təqaüd məsrəfləri ilə bağlı müvafiq qurumlara məlumat vermişik. Təqaüdlərin gecikməsi vəsaitin ayrılmaması ilə əlaqədardır. Təhsil Nazirliyi 2015-ci illə bağlı xərcləri köçürmədiyinə görə təqaüdləri verə bilmirik. Bu barədə Təhsil Nazirliyinə də müraciət etmişik. Vəsait ayırılan kimi qısa zamanda tələbələrin hesabına vəsait köçürüləcək”.
Azərbaycan Tibb Universitetindən isə təqaüd probleminin artıq həll olunduğunu dedilər.
Azərbaycan Dillər Universitetinin tələbələri də hələ ki təqaüd almayıb. Universitetdən verilən məlumata görə, gecikmənin universitetlə bağlı olmadığını bildirdilər.
Ali məktəblərdən təqaüdlərin köçürülməsi üçün vəsait ayrılmadığı deyilsə də, Təhsil Nazirliyi bunun əksini iddia edir.
Təhsil Nazirliyindən bildirilib ki, cari ilin müvafiq dövrü üçün ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin ödənilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi təmin edilib.
Gülxar
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb