Mənsimovun bu əməli Türkiyəni ayağa qaldırdı
Bizi izləyin

Qırmızı.az

Mənsimovun bu əməli Türkiyəni ayağa qaldırdı

Azərbaycanlı milyarder, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov bu gün Türkiyədə əsas müzakirə mövzularından birinə çevrilib.

Səbəbi isə restoranların birində yaşanan olay olub. Faktxəbər-in məlumatına görə, tanınmış iş adamı restoranda nahar edərkən yoxsul geyimli, halsız bir qadının restorana girdiyini, işçilərin isə onu çıxartdığını görür.

İnzibatçıdan nə baş verdiyini soruşur. Müəssisənin işçisi qadının yemək istədiyini, lakin bura zəngin ailələr üçün olduğundan onu qapıdan uzaqlaşdırdığını bildirir. Mənsimovun ona verdiyi cavab isə hər kəsdə maraq qarışıq heyrət doğurur: "Restoranda oturan hər kəsi çıxar bayıra, onlar burda yemək yeməsələr də, gedib başqa restoranda yeyəcəklər, o qadın isə yox. O qadını al içəri, süfrəni doldur yeməklərlə. Özünə də tapşır, hər gün gəlsin, yeməyini yesin rahat-rahat".

Azərbaycanlı milyarderin bu hərəkəti hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm