"Azercell" 2014-cü ilin nailiyyətlərini media ilə paylaşır
Bizi izləyin

Qırmızı.az

"Azercell" 2014-cü ilin nailiyyətlərini media ilə paylaşır

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" öz fəaliyyətində uğur və nailiyyətlərlə dolu növbəti bir ili geridə qoydu. 2014-cü ilin bütün göstəriciləri Azercell-in özünün mövcud lider mövqeyini qoruyub saxladığını, bir çox parametrlər üzrə daha böyük irəliləyişlər əldə etdiyini sübut edir.

Hal-hazırda Azərbaycanın mobil rabitə bazarının 51,3 %-i Azercell Telekom-u seçir. Onun şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4.5 milyon nəfəri ötüb keçmişdir.

Ən böyük sərmayədar

Ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olan Azercell ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 57 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1.67 milyard manat sərmayə yatırıb. 2014-cü ildə Azercell öz işçilərinin inkişafına 1.2 milyon manat (18 il ərzində isə 14.2 milyon manat) həcmində sərmayə yatırıb. Bunlar isə özünü Azercell xidmət səviyyəsinin və nəticədə müştəri məmnuniyyətinin yüksəldilməsi ilə nəticələnib.

2014-cü ildə Azercell dövlət büdcəsinə təqribən 112 milyon manat, 18 il ərzində isə 1.11 milyard manat vəsait ödəyib. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2014-cü ildə Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,38 % təşkil edib.

Ən keyfiyyətli:

Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% daha da gücləndirib. 2014-cü ildə şirkət 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıraraq, onların sayını 4 690-a çatdırıb. Bundan əlavə lider operator 3G şəbəkəsinin tutumunu rekord səviyyədə gücləndirib: ölkə üzrə 48%, Bakıda- 92 %!

Müştəriyə ən yaxın:

Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 Ön Masa və Azercell Ekspress ofisləri və 425 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu müştərilərin xidmətindədir. 2014-cü ildən etibarən Bakı şəhəri, B. Bağırova, 2 ünvanında yerləşən Azercell Müştəri Xidmətlərinin iş saatı 9:00- 23:00 qədər uzadıldı. Azercell-in telefon mərkəzi isə hər zaman olduğu kimi 7/24 saat çalışır. Müştəri xidmətlərinə hər hansı səbəbdən gələ bilməyən abonentlərə isə Azercell-in Mobil Ofisi dəstək olur. Xidmət əməkdaşı bu məqsəd üçün ayrılan və lazımi texniki avadanlıqla təchiz olunmuş xüsusi avtomobildə müştərilərin yanına gedərək, onlara yerində xidmət göstərir.

2014-cü ilin maraqlı statistikası:

3 718 547 zəngi telefon mərkəzində qəbul olunub;

1 776 060 nəfər müşəri xidmət mərkəzlərini ziyarət edib

96% müştəri istəyi zamanında yerinə yetirilib

Ən sürətli: . Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün Azercell ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. İl ərzində Azercell-də abunəçi başına Mobil İnternetdən istifadə 65% artdı.

Ən əlverişli

Sürəti və keyfiyyəti saxlamaq şərti ilə, Azercell müştərilərin faydasını düşünərək, , ötən il böyük tarif endirimləri təqdim etdi. 10GB=10AZN; İnternet Su Qiymətinə 0,25AZN= günlük 50MB İnternet; "Şənbə-bazar pulsuz İnternet” və s güzəştli məhsul və kampaniyaların hesabına Mobil İnternetin 1GB qiymətini 30% endirdi. Həmçinin

“Gənc OL”, “Hədsiz”, tarif paketlərini istifadəyə verən operator,. “Gənc Ol” pakeində 50%, “Hədsiz” tarifində isə abunəçiyə 75% endirim təqdim etdi. 2014-cü ildə Azercell-lilər həm beynəlxalq zənglərdə, həm də rouminqdə xeyli güzəştlər qazanıblar. Belə ki, ötən ilin yayından Azercell rouminq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv etdi. Bundan əlavə, Rusiya, Türkiyə, Almaniya və Gürcüstanla rominq servislərinə böyük endirimlər tətbiq olundu. Həmçinin, beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni 1 dəq. üçün 0.32 qəp. tarifi tətbiq olunmağa başladı. Hazırda Azercell-in ölkə ərazisində 500-ə çox xidmət mərkəzi fəaliyyət göstərir. Qeyd edək ki, beynəlxalq təcrübədən faydalanan Azercell Telekom-un abonentləri TeliaSonera şirkətlər qrupuna daxil olan operatorların 14 ölkəsində 60%dən çox endirim təklif edən unikal rominq tarifləri ilə ünsiyyət qurur (daha əraflı www.azercell.com)

Ən yenilikçi:

Azercell Azərbaycan bazarında təqdim etməyə hazırlaşdığı dünyanın ən son texnoloji yenilikləri BakuTel 2014 sərgisində nümayiş etdirdi.

Sumaks təhlükəsizlik sistemi – Baram İnnovasiya və Sahibkarlıq mərkəzinin təqdim etdiyi ölkədə ilk M2M Ağıllı Ev texnoloji yenilikdir. Gündəlik məişət proseslərini sim kart vasitəsilə idarə etməyə imkan verir, insan həyatını asanlaşdırır və qoruyur.

Mobil Sağlamlıq – pasientin səhhətini analiz edərək yekun məlumatı bazaya və ya şəxsi həkimə göndərir.

Valideyin Nəzarət Sistemi – valideynlərə azyaşlı uşaqlarına nəzarət etməyə və onların marşrutunu izləməyə yardım edir.

Augmented Reality- şəkli canlandıraraq videoya çevirir. Bütün bu yenilikləri Azercell Telekom yaxın il ərzində müştərilərin istifadəsinə verməyə hazırlaşır.

Azercell-in stendi Bakutel 2014-də ən çox ziyarət edilən stend mükafatını aldı!

Ən nümunəvi

2014-cü ildə Azercell sosial layihələrin həyata keçirilməsinə 0,3 milyon manat (18 il ərzində təqribən 14 milyon manat) həcmində vəsait sərf edib. İl ərzində şirkətin dəstəyi və təşəbbüsü ilə ölkədə xeyli sayda əhəmiyyətli tədbirlər həyata keçirilib. Azercell Azərbaycan və Qafqaz regionunda ilk Elm Festivalına dəstək olub. Azercell-in dəstək verdiyi digər layihə “Elm və Texnologiya Sahibkarlığı Proqramı” (ETSP) müsabiqəsində II yeri tutub. Sosial məsuliyyətə böyük diqqət ayıran şirkət tərəfindən uşaqlara və gənclərə dəstək verən layihələr də davam etdirilib – az təminatlı və kimsəsizlər üçün səyyar Göz Klinikası və Diş klinikası fəaliyyətini davam etdirib; “Ümid Yeri” Uşaq Sığınacağının binası Azercell tərəfindən yenidən təmir olunub; Azercell-in Təqaüd proqramına həm Bakıda, həm də regionallarda təhsil alan tələbələr seçilib. Telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklərə və həyata keçirdiyi innovativ layihələrə görə Azercell müstəqil jürinin səsverməsinə əsasən İlin Şirkəti, İlin Ən Yaxşı Məhsulu, İlin Ən Yaxşı Müştəri Xidmətləri nominasiyaları üzrə nüfuzlu “Stevie” Beynəlxalq Biznes Mükafatını qazanıb.

Ən sədaqətli

Sosial şəbəkələrin böyük əhəmiyyət daşıdığı bir dövrdə Azercell-in bu istiqamətdəki fəaliyyətini də nümunəvi adlandırmaq olar. Belə ki, Azərbaycanın mobil operatorları arasında ilk təsdiqlənmiş Facebook səhifəsi statusunu Azercell alıb. İstifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Eyni zamanda, şirkət bir il ərzində iki dəfə onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq və Facebook cavablama reytinqi 99% - 100% faizə çatdıraraq “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından Sosial sədaqətli (“Socially devoted”) sertifikatına layiq görülüb. Ötən il həm də “Socialbakers”-in hesablamalarına əsasən Azercell-in Facebook statusu Azərbaycanda ən populyar status olub

Müştəri məmnuniyyətinə önəm verən Azercell Telekom bu illər ərzində əldə etdiyi inam və etibarı qoruyaraq saxlamaq, qarşıda gələn illərdə daha böyük nailiyyətlər qazanmaq niyyətindədir.

27 yanvar: Azercell artıq ikinci dəfədir ki, onlayn müştəri xidtmətləri sahəsində rekord göstəricilərə nail olaraq, “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görüldü.

19 may: Beynəlxalq “Svyaz-Ekspokomm-2014” sərgisində Azercell Azərbaycanın mobil rabitə bazarını təqdim etdi. Azercell-in sərgidə M2M texnologiyasını, Asan İmza (mobil imza) və s. yenilikləri nümayiş etdirdi.

17 iyun: Azercell Telekom MMC-nin Koorporativ Ünsiyyət şöbəsinin direktoru, son bir il ərzində TeliaSonera İnternational Carrier şirkətinin Stokolhmda yerləşən ofisində Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsini icra etmiş Ülviyyə Həsənzadə TeliaSonera Avrasiya şirkətinin İstanbuldakı regional ofisinə Korporativ Ünsiyyət üzrə vitse-prezident vəzifəsinə təyin olundu.

23 iyun: Azərbaycan rabitə bazarının lider mobil rabitə operatoru Azercell Telekom növbəti dəfə “Heç bir uşağı nəzərdən qaçırmayaq”mükafatına layiq görüldü. Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri bu mükafat hər il uşaq hüquqları sahəsində geniş fəaliyyət göstərən şəxslər və təşkilatların adlarını müəyyənləşdirir.

24 iyun: Azercell Telekom MMC-nin keyfiyyətli fəaliyyəti, xidmətin yüksək səviyyədə təşkili növbəti dəfə beynəlxalq səviyyədə öz təsdiqini tapdı - Azərbaycanın aparıcı mobil operatoru keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2004 sertifikatını aldı.

25 iyun: Azercell-in əməkdaşı Azərbaycanda ilk dəfə olaraq Proqram Təminatının Memarlığı üzrə beynəlxalq Oracle sertifikatı aldı.Şirkətin İnformasiya Kommunikasiya departamentinin əməkdaşı Vüsal Xəlilov Oracle-in Java Enterprise Edition texnologiyası üzrə ən yüksək səviyyəli «Oracle Certified Master» (OCM) sertifikatına layiq görüldü.

27 iyun: Azərbaycan mobil operatorları arasında ilk təsdiqlənmiş (verified) Facebook səhifəsi statusunu Azercell aldı. Məlumat üçün bildirək ki, Avropanın və Amerikanın bəzi nüfuzlu şirkətləri bu statusu əldə ediblər. Onu da qeyd edək ki,

istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi (http://www.facebook.com/azercell) ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur.

1 iyul: Azercell 2015 Avropa Oyunlarının multioperator sistemi üzrə şəbəkə təminatçısı seçildi. Əsas olimpiya məkanlarında bütün operatorlar Azercell-in multioperator sistemi üzərindən çalışacaq.

18 iyul: Şirkət “Azercell ilə həyat daha gözəldir” adlı yeni şüarını və brend filmini təqdim etdi. Müştəri yönümlü yanaşma və ünsiyyət ideyası ətrafında qurulan filmin rejissoru portuqaliyalı Paulo Aresdir. Film sevgini, duyğuları, kədər və xoşbəxtliyi özündə ehtiva edən 1 dəqiqə 58 saniyəlik bir epik əsərdir.

8 avqust:Azercell dördüncü dəfə onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq, bu ilin II rübü üçün “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görüldü. Şirkət sosial şəbəkə üzrə müştəri istəklərinin 100% cavablama reytinqini qazandı.

20 avqust: Azercell Telekom daha bir uğura imza atdı. Azercell telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə 3 nominasiya üzrə nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatını (İnternational Business Awards Stevie) qazandı:

  • İlin ən yaxşı məhsulu (“Bölgə” tarifi);
  • İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlər);
  • İlin ən yaxşı Müştəri Xidməti.(Müştəri Loyallığl İndeksinin ölçülməsinə dair layihə).

21 avqust: Azərbaycan mobil bazarının lideri Azercell Telekom Azərbaycanda ilk dəfə olaraq yerli brendlər arasında Twitter sosial şəbəkəsindəki rəsmi səfihəsində müştəri istəklərinin 89% cavablama nəticəsini əldə etdi. Hal-hazırda Azercell-in Twitter-də 66.000-dən artıq izləyicisi var və bu göstəriciyə görə də, Azercell Azərbaycanda şirkətlər arasında və mobil operatorlar arasında birincidir.

12 sentyabr: Azercell Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında Türkiyədə keçirilən “CEBİT Bilişim-2014” konfransında ölkəmizi təmsil etdi.

Azercell sərgidə M2M texnologiyası, Asan İmza (mobil imza)və s. xidmətlərini nümayiş etdirdi.

26 noyabr: Azercell abunəçilərinin sayı 4.6 milyonu ötdü. Azərbaycanın mobil rabitə bazarının 51 %-nə nəzarət edən, şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edən Azercell Telekom MMC mobil rabitə bazarının lider şirkətidir.

2 dekabr: Azercell ən son texnoloji yeniliklərlə Bakutel sərgisində iştirak etdi.

Azercell Mobil Sağlamlıq, Valideyn Nəzarəti Sistemi, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi Təhlükəsizlik Sistemi və Google Glass eynəyinin 2-ci versiyası və digər yenilikləri abunəçilərinə təqdim etdi.

10 dekabr: Azercell Azərbaycanı Qətərdə

"ITU Telecom World 2014” sərgi-konfransında təmsil etdi. Azercell sərgidə M2M,4G, Asan imza və s. xidmətlərini nümayiş etdirdi.

16 dekabr: Ölkənin lider mobil operator şirkəti Azercell Telekom Azərbaycanda telekommunikasiya şirkətləri arasında ən nümunəvisi seçildi. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin keçirdiyi monitorinq nəticəsində elan edildi.

26 dekabr: Azercell-in Facebook statusu Azərbaycanda ən populyar status oldu.

“Azercell-dən 2 nəfərə 20 AZN hədiyyə!” başlıqlı status 5 minə yaxın nəfər tərəfindən bəyənildi, 2600-dən çox şərh yazıldı, 100-dən çox paylaşımı oldu Ümumilikdə bu post 8 minə yaxın istifadəçini əhatə etdi.

Şəbəkə əhatəsi və abunəçilər

Azercell Telekom MMC bu gün Azərbaycanın mobil rabitə bazarının 51,3%-nə nəzarət edir. Onun şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4.5 milyon nəfəri ötmüşdür. Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 Ön Masa və Azercell Ekspress ofisləri və 425 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir.

Texniki avadanlıq

Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün Azercell ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. Bu gün üçün Azercell-in təqdim etdiyi mobil internetin 3G üzərindən sürəti 21 MB/s, 4G üzərindən isə 90-100 MB/s təşkil edir. İl ərzində Azercell-də abunəçi başına Mobil İnternetdən istifadə 65% artdı.

Sərmayələr

Azercell 2014-cü il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 57 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1.67 milyard manat sərmayə yatırmışdır. Azercell ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olmaqda davam edir.

İnsan qaynaqlarına yatırılan sərmayələr

İnsan qaynaqları Azercell-in əsas kapitalıdır və öz abunəçilərinə daha yaxşı xidmət göstərmək baxımından şirkət üçün xüsusi önəm daşıyır. Buna görə də 2014-cü ildə Azercell öz işçilərinin inkişafına 1.2 milyon manat, 18 il ərzində isə 14.2 milyon manat həcmində sərmayə yatırıb.

Vergilər

2014-cü ildə Azercell dövlət büdcəsinə təqribən 112 milyon manat, 18 il ərzində isə 1.11 milyard manat vəsait ödəyib. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2014-cü ildə Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,38 % təşkil edib.

Sosial fəaliyyət

2014-cü ildə Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0.3 milyon manat, 18 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib.

13 yanvar: Azercell Azərbaycanda “Yaşıl texnologiyaların” inkişafına daha bir dəstək verdi. Elm sahəsində böyük əks-səda yaradan Azercell-in dəstək verdiyi layihə Azercell (Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi) və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən “Elm və Texnologiya Sahibkarlığı Proqramı” (ETSP) müsabiqəsində II yeri tutdu. Azercell-in dəstəyilə ideyanın müəllifi ilk dəfə olaraq bu proqram çərçivəsində Kaliforniyaya, Silikon Vadisinə biznes səyahətinə göndərildi, burada Amerikanın öncül şirkətləri, ekspert və mentorlarla görüşmək imkanını qazandı. Layihə Azercell tərəfindən 7500 ABŞ dolları məbləğində qranta layiq görüldü.

12 fevral: Azercell gələcəyin mühəndislərini bir araya topladı. Belə ki, fevralın 6-da Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “Caspian Engineering Society” birliyinin həmtəşkilatçılığı ilə “CES Qış Kampı” adlı tədbir keçirib. Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti və Orta Doğu Teknik Universitetlərinin (OTDU – METU ) mühəndislik ixtisası üzrə təhsil alan 40 nəfər tələbəsi üçün müxtəlif seminarlar və təlimlər keçirildi.

4 mart: Azercell Azərbaycan Diplomatik Akademiyasında keçirilən Karyera Sərgisində fəal iştirak etdi. Əmək sərgisində Azercell-in xüsusi stendi nümayiş etdirdi. Şirkətin nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil etdilər.

6 mart: Azercell şirkətinin Barama İnnovasiya Mərkəzi Azərbaycan Oracle İstifadəçilər Qrupunun birgə təşkilatçılığı ilə “AzerOUG” tədbirini keçirdi.

12 mart: Azercell müharibə və əmək əlilləri üçün növbəti Sosial Layihəni həyata keçirdi. Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Veteranları üçün Pansionatın Akt zalı Azercell tərəfindən təmir edildi. Zalda filmlərin nümayişi üçün xüsusi disklər və ən yeni DVD avadanlığı təmin edilib. Akt zalı, həmçinin, musiqi dinləmək üçün müasir avadanlıqla təchiz olunub.

22 aprel: Azercell-in dəstəyi ilə Ümümdünya Startap Müsabiqəsinin Bakı turu baş tutdu. Bu müsabiqədə çoxlu sayda gənc startap-çılar öz biznes ideyalarını təqdim etmək və reallaşdırmaq imkanı qazandılar.

30 iyun: Azercell növbəti TEDx Bakı tədbirinə dəstək oldu.30 ildir ki, dünya alimlərini, siyasətçilərini, sahibkarlarını, mədəniyyət xadimlərini və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED (Texnologiya, Əyləncə, Dizayn) adlı konfrans ilk dəfə 1984-cü ildə baş tutub. Ilk TED konfransında yenicə buraxılmış “Macintosh” kompüteri, “Sony” istehsalı olan kompakt-disk təqdim olunub, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olub.

2 iyul: Azercell 2014-cü il üçün Tələbə Təqaüd Proqramını elan etdi. Proqrama əsasən Bütün seçim turlarının uğurla başa vuran tələbələr Azercell şirkəti tərəfindən cari ali təhsil müddətinin sonunadək aylıq tələbə təqaüdünü almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə iş təcrübəsini keçmək imkanını əldə edirlər.

4 iyul: Azercell-in Mobil Göz klinikası öz sosial fəaliyyətini davam etdirərərk bu dəfə Lökbatan sanatoriyası sakinləri və Sumqayıtda məskunlaşan məcburi köçkünlər üçün göz müayinəsi apardı.

16 iyul: Azercell Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisini təqdim etdi. Azercell-in ən uğurlu layihələrindən biri olan Barama Mərkəzi biznesə başlamaq istəyən innovativ ideyalı gənclər üçün yeni imkanlar yaradır. Azercell Barama mərkəzinin köməyilə öz biznesini qurmaq istəyən istedadlı gənclərə daha geniş imkanlar yaratmaqda davam edəcək.

26 avqust: “Ümid Yeri” Uşaq Sığınacağının binası Azercell tərəfindən yenidən təmir olundu. Şirkət 1997-ci ildən etibarən bu sığınacaqda məskunlaşan uşaqalara diqqət və qayğısını əsirgəmir. Məhz Azercell-in dəstəyi ilə ötən 17 ildə “Ümid yeri” sığınacağında minlərlə uşaq böyüyüb, normal həyata qaytarılıb.

10 sentyabr: Azercell-in Yenilənmiş Mobil Göz Kilinikası yeni tədris ili üçün re-brendinq edilərək, fəaliyyətini uğurla davam etdirdi.

24 sentyabr: Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Proqramının bu il üçün nəticələri müəyyən edildi. Tələbə Proqramının çox mərhələli seçimləri nəticəsində 12 tələbə Azercell-in təqaüdçüsü adına layiq görüldü.

29 sentyabr: Azercell jurnalistlər üçün təşkil etdiyi növbəti ingilis dili kurslarına başladı. Bu il daha 48 jurnalist Azercell-in ingilis dili kurslarına qatıldı.

16 oktyabr: Azercell Azərbaycan və Qafqaz regionunda ilk Elm Festivalına dəstək oldu. Azercell şirkəti festival iştirakçılarını mobil rabitə, və Wİ-Fİ şəbəkəsi ilə təmin etdi. Bundan əlavə, Azercell tərəfindən AMEA işçiləri üçün xüsusi nömrələr də təqdim olundu.

14 noyabr: Azercell bölgələrdə Tələbə Proqramı layihəsinə başladı.Şirkət bölgələrdəki universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd təqdim edəcək.

20 noyabr: Azercell “Siqaretsiz həyat daha gözəldir” şüarı altında xüsusi kampaniya təşkil etdi. Kampaniya çərçivəsində şirkətin hər bir işçisinə üzərində siqaretin zərərli vərdiş olmasını əks etdirən stiker və stressbol hədiyyə olundu. Kampaniyaya qoşulan Azercell əməkdaşları həmçinin öz həmkarları və tanışlarını da sosial şəbəkələr vasitəsilə siqareti tərgitməyə dəvət etdilər.

11 dekabr: Azercel Telekom-un Barama İnnovasiya Mərkəzi daha bir layihəyə imza atdı. Belə ki, mərkəz bu dəfə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi (GəncMİİB) ilə əməkdaşlıq haqqında memorandum imzaladı.

19 dekabr: Azercell-in dəstəyi ilə “Uşaq qaynar xətt” xidmətinin Gəncə bürosu fəaliyyətə başladı.“Gəncə regional Uşaq Qaynar Xətt”i də təcrübəli sosial işçilər, psixoloq və hüquqşünasları özündə birləşdirərək Gəncə şəhəri və ətraf rayonlarda yaşayan uşaq və gənclərə, eləcə də, onların problemləri ilə bağlı müraciət edən böyüklərə müvafiq psixoloji, hüquqi, sosial və digər xidmətlərə çıxışı təmin edir.

22 dekabr: Azercell Telekom-un artıq 6 ildir ki, baş sponsoru olduğu Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan MilliNet-in qalibləri bəlli oldu. Beləliklə, Azercell ölkədə internet resurslarının inkişafına öz dəstəyini göstərmiş oldu.

4 fevral: Azercell Telekom 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq etdi. Bu tarif 0.32AZN təşkil edir və istənilən istiqamətlərdə şirkətin bütün tarif planlarına şamil edilir.

İstiqamət

Köhnə tarif AZN/1 dəq.

Yeni tarif AZN/1 dəq.

MDB və Baltikyanı ölkələr

0.37 AZN

0.32 AZN

İran, Türkiyə

0.43 AZN

0.32 AZN

Avropa, Amerika qitəsi ölkələri və b.

0.50 AZN

0.32 AZN

Eyni zamanda, qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olundu.

13 mart: Azercell bu dəfə endirimli bölgə tarifini təqdim etməklə bölgələrdəki Korporativ abunəçilərini sevindirdi. Yeni endirimli tarifə uyğun olaraq, bölgələrdə yerləşən şirkətlər bütün istiqamətlərdə 3 qəpik tarifi ilə danışırlar. Eyni zamanda, şirkətin daxilində edilən bütün zənglər pulsuzdur. Yeni tarifə görə, 1 sms cəmi 1 qəpik, 1 MMS isə 5 qəpik tarifi ilə hesablanır.Onu da bildirək ki, BizKlub üzvləri üçün də BizKlub daxilində zənglər pulsuzdur.

16 may: Şirkət “Asan İmza” xidmətində tarifləri əhəmiyyətli dərəcədə endirdi. Belə ki, 16 may tarixindən etibarən əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər “Asan İmza” xidmətindən istifadə edərkən, qoşulma haqqı üçün ƏDV daxil cəmi 18 AZN ödəyır. "Asan İmza" istifadəçiləri üçün xidmətdən aylıq istifadə haqqı isə 0,5 manat təşkil edır.Bundan əlavə 20 iyun 2014-cü il tarixindən etibarən "Asan İmza" vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (autentifikasiya/elektron imzalama) üçün 1 SMS-in qiyməti 0,03 manatdı.

18 iyun: 13 iyun 2014-cü il tarixindən etibarən Azercell Telekom rominq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv etdi. İndi bütün Azercell abunəçiləri rahat şəkildə istədikləri ölkəyə getməzdən əvvəl rominq xidmətlərini aktiv edə bilərlər.

15 iyul: Bu tarixdən etibarən Azercell abunəçilərinə yeni “Hədsiz” tarif paketi təqdim olundu. Aylıq 49,9 AZN abunə haqqı muqabilində abunəçilər şəbəkədaxili 3000 dəqiqə və şəbəkəxarici 500 dəqiqə zənglər etmək, 2000 ədəd ölkədaxili və beynəlxalq SMS göndərmək və 2000 MB həcmində mobil internet xidmətindən istifadə etmək imkanına malik olur.

19 sentyabr: Yeni Gənc OL tarifini abunəçilərinə təqdim edən Azercell inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif etdi. Ayda cəmi 5 AZN ödəyib GəncOL tarif paketinə qoşulmaqla Gənc OL abunəçiləri öz aralarında 300 dəq, şəbəkədaxili zənglər üçün 20 dəq, şəbəkəxarici zənglər üçün 10 dəq danışıq əldə edir. Bundan əlavə, hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı da əldə etmiş olurlar.

5 fevral: Bu tarixdən etibarən şirkətin bütün Fakturasız Xətt (SimSim) abunəçiləri “2 gün pulsuz danış” kampaniyasına qoşula bildilər. Kampaniya çərçivəsində 5 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər bir abunəçi yeddi gündən 2-sini 4,5 milyonluq Azercell ailəsinin digər üzvləri ilə pulsuz danışmaq imkanı qazandı.

6 fevral: Azercell Telekom müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə 6 fevraldan etibarən Biləcəri qəsəbəsi, Natavan küçəsi 3 ünvanında yeni Azercell Ekspress ofisini abunəçilərinin ixtiyarına verdi.

28 fevral: Azercell Huawei smartfonları ilə bağlı kampaniyanın vaxtını uzatdı. Kampaniya çərçivəsində abunəçilər özündə milli dəqiqələri, sms və mobil interneti birləşdirən əlverişli paketlərdən birinə qoşulmaqla Huawei Ascend P6 və Huawei Ascend Y511 telefonlarını 39AZN və ya 99AZN dəyərində inanılmaz qiymətə əldə etdilər.

7 mart: Yeni fəslin başlanması ilə Azercell ölkə boyu bütün abunəçilərinə bir neçə sərfəli kampaniya təqdim etdi. Mart ayının 4-dən etibarən Azercell Samsung-İntegral mağazalar şəbəkəsi ilə birlikdə “Bahar Samsung Smartfon Kampaniyası”-na start verdi. Mart ayının 6-dan başlayaraq Azercell-in təqdim etdiyi daha bir əhəmiyyətli yenilik bütün abunəçilər və kampaniya müddətində 4.5 milyonluq Azercell ailəsinə qoşulan yeni müştərilər üçün nəzərdə tutulmuş "Şənbə-bazar pulsuz İnternet” kampaniyası oldu.

11 mart: Martın 11-də MND çərçivəsində Azercell şirkətinin şəbəkəsinə keçən ilk korporativ abunəçi, ölkənin sığorta sahəsinin ən iri şirkətlərindən biri – Standard İnsurance şirkəti ilə görüş keçirildi.

19 mart: Azercell özünün strateji tərəfdaşlarından daha biri ilə yeni smartfon kampaniyasına başladı. Belə ki, Samsung S5 telefonunu alan hər kəsə Azercell-dən pulsuz internet təqdim olundu.

23 may: Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidmətlərində endirimlər etdi. Belə ki, mayın 21-dən etibarən Azercell-in

abunəçiləri rominq xidməti çərçivəsində Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödədilər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablandı.

4 aprel: Azercell şirkəti bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsi olaraq aprelin 4-dən etibarən Naxçıvan Muxtar Respublikasında yeni AzEks ofisini abunəçilərin ixtiyarına verdi. Şərur şəhəri Kapitan Seyidov küçəsi, 1 ünvanında yerləşən ofisdə abunəçilər eyni anda 3 növ xidmətdən yararlana bilirlər.

9 aprel: Azərbaycanda ilk dəfə olaraq Azercell Müştəri Xidməti Mərkəzi saat 23.00-a qədər fəaliyyət göstərməyə başladı. Belə ki, şirkətin Bəsti Bağırova küçəsi, 2 ünvanında yerləşən Müştəri Xidmətləri Mərkəzi həftə ərzində səhər saat 9.00-dan gecə saat 23.00-a qədər abunəçilərinə xidmət göstərməyə başladı.

11 aprel: Azercell 11 apreldən etibarən Bakı şəhəri, Yeni Binəqədi qəsəbəsi, Mədən küçəsi, 3 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verdi. Yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışır.

15 aprel: Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan Azercell-in 15 apreldən etibarən təqdim olunan “Fərdi paket” xidməti abunəçiyə istədiyi həcmdə İnternet, SMS və MMS xidmət paketlərinin seçim imkanını yaratdı.

16 aprel: Ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom abunəçiləri üçün Azercell Qızıl nömrələrinin İnternet üzərindən çox rahatlıqla və tamamilə pulsuz əldə etmək imkanını yaratdı. Aprelin 15-dən etibarən Azercell-dən Qızıl nömrələri sayt vasitəsilə, həm də pulsuz sifariş etmək mümkün oldu.

24 aprel: Azercell – Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na qoşulan ilk mobil operator oldu.Bu sistem Azercell abunəçilərinə mobil rabitə üçün bütün ödənişlərini bank filialları və Azərpoçt şöbələri vasitəsilə onlayn rejimdə həyata keçirməyə imkan verir.

21 may: Bu tarixdən etibarən şirkət bütün SimSim abunəçiləri üçün xüsusi Gecə Tarifi Kampaniyasına başladı. Kampaniyanın keçiriləcəyi müddət ərzində abunəçilər gecə saat 00:00-dan səhər 06:00-a qədər şəbəkədaxili zənglər zamanı inanılmaz güzəştlə danışdılar.

29 may: Mütəmadi olaraq regionlarda yaşayan abunəçilər üçün endirmli kampaniyalar həyata keçirən şirkət 26.05 - 15.12.2014 tarixləri müddətində Gəncə və Goranboyda xüsusi kampaniyaya start verdi. Belə ki, göstərilən tarixlərdə yeni və nömrəsini Azercell şəbəkəsinə daşıyan Fakturasız Xətt abunəçiləri üçün Azercell “1 Yüklə - 3 Al” kampaniyası keçirdi.

3 iyun: Ölkədə ilk dəfə Azercell şirkəti Abunəçi Loyallığı İndeksini təyin edir.

Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) məyyən edir. İstehlakçılara belə bir suala cavab vermək təklif olunur: "Şirkət/məhsul/brendi öz dost/tanış/həmkarlarınıza tövsiyə edərdinizmi?". Abunəçinin Azercell Telefon Mərkəzi və yaxud Müştəri Xidmətləri, eləcə də, Ekspres ofisləri də daxil olmaqla şirkətlə bilavasitə təmasından sonra ona sorğuda iştirak etmək dəvəti ilə SMS göndərilir. Abunəçi razı olduğu təqdirdə, ona 3-dən 5-ə qədər sual göndərilir. Bu halda, yalnız ilk sual NPS göstəricisini qiymətləndirir, digər suallar isə müştəri xidmətlərində çalışan əməkdaşlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır ki, bu suallar da problemlərin həlli üçün sərf olunan vaxtı və xidmətin göstərilmə prosesini qiymətləndirməyə imkan verir.

4 iyun: Azercell Telekom mobil internet abunəçiləri üçün daha bir sərfəli təkliflə çıxış etdi. Belə ki, 3 iyun tarixindən etibarən Azercell Fakturalı və eləcə də Fakturasız xətt abunəçiləri üçün 50 MB internet trafikini 0,25 AZN-ə əldə etməyə imkan verən “Günlük İnternet” Xidmətini istifadəyə verildi.

5 iyun: Azərbaycanın mobil rabitə bazarının şəksiz lideri olan Azercell Telekom şirkəti öz müştərilərinin rahatlığını nəzərə alaraq, öz xidmətlərinin daha da əlçatımlı olmasını təmin etmək məqsədilə bir başqa yeniliyə də imza atdı. Azərbaycanda ilk dəfə olaraq “Asan İmza” mobil elektron imza xidmətini təklif edən şirkət ASAN

xidmət mərkəzinin 3 ofisində öz mərkəzini yaratdı.

11 iyun: 11 iyun tarixindən etibarən Azercell təkrarən 10GB=10AZN kampaniyasını bütün abunəçiləri üçün mümkün etdi. Sözügedən kampaniya çərçivəsində abunəçilər data kart alarkən pulsuz data nömrə əldə etdilər və üstəlik 10 GB-lıq paket hədiyyə qazandılar.

7 iyul: Şirkət Lerikdə yeni Ekspres ofisini və 3 yeni kampaniyanı istifadəyə verdi. AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışmağa başladı.

8 iyul: Azercell Telekom bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində Oğuz-Şəki-Qax-Zaqatala bölgəsindəki abunəçilərini sevindirdi. Belə ki, Azercell 05.07.2014 – 15.12.2014 tarixlərində Oğuz-Şəki-Qax-Zaqatala bölgəsində “050-ni al, 051 əkizi pulsuz!” adlı xüsusi kampaniyaya start verdi. “050-ni al,051 əkizi pulsuz ! ” kampaniyasına əsasən abunəçilər qeyd olunan rayonlarda yerləşən Azercell Ekspres və diler dükanlarına baş çəkib, seçimlərinə uyğun 050 prefiksli nömrə alarkən, eyni nömrənin 051 prefiksini hədiyyə olaraq əldə etdilər.

10 iyul: Yay ayları boyunca abunəçilərinə yeni xidmətlər və sərfəli endirim kampaniyaları təqdim edən şirkət bu dəfə “Pulsuz Smartfon” kampaniyasına başladı. Kampaniyanın şərtlərinə əsasən abunəçilər Azercell diler və Azercell Ekspres məntəqələrinə yaxınlaşaraq öz SimSim nömrələrinin balanslarından 99 AZN ödəməklə, 1 il boyunca ölkədaxili bütün istiqamətlərə zəng edib, eləcə də SMS və İnternetdən istifadə edib Azercell-dən Pulsuz Smartfon qazanmaq imkanı əldə etdilər .

22 iyul: Azercell-dən media nümayəndələrinə bayram hədiyyəsi təqdim olundu. Şirkət Mediacell tarif paketi abunəçiləri üçün bütün ölkədaxili istiqamətlərə zəngləri pulsuz etdi.

5 avqust: Azercell yeni “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına başladı. Abunəçilər Toyota Corolla avtomobilləri və pul uduşları qazandılar.

2 oktyabr: Azercell Əhmədli qəsəbəsində yeni Ekspres ofisini istifadəyə verdi. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

21 oktyabr: Azercell Gənc Ol tarifi çərçivəsində PlayStation FİFA 14 Çempionatını keçirdi. Yarışmada 1-ci yeri qazanan IPhone 6 Gold (64GB), 2-ci yeri tutan mükafatçı IPad Air Wi-Fi 4G (16 GB), 3-cü yeri tutan mükafatçı isə IPad Mini Retina Wi-Fi (32GB) ilə müküfatlandırıldı.

22 oktyabr: Azercell TeliaSonera-nın qlobal səviyyədə təqdim etdiyi “Speak-Up Line” məlumatlandırma xəttinə qoşuldu. Bu xidmət vasitəsilə istənilən əməkdaş və yaxud şirkətlə

əməkdaşlıq edən tərəfdaş biznes davranışında istənilən pozuntu halı ilə əlaqədar şikayətlərini 24/7 şəkildə çatdıra bilər. “Speak-Up Line” bildiriş vasitəsi şikayətlər, suallar və məlumat verənlərin anonim qalmasına imkan yaradır. Müraciət edən şəxs adını qeyd etməyə məcbur deyil və onun təqdim etdiyi məlumatın kim tərəfindən göndərilməsini müəyyənləşdirilmək mümkün deyil.

24 oktyabr: Şirkət “Hədsiz” tarif paketində 50% endirim kampaniyasına başladı. Kampaniya çərçivəsində bütün - yeni, mövcud və Azercell şəbəkəsinə Mobil Nömrə Daşınma xidməti daxilində keçən fakturalı xətt abunəçiləri Azercell diler şəbəkələrindən Samsung Galaxy Alfa mobil telefonlarını və Samsung Galaxy Note 4 planşetlərini aldıqda “Hədsiz” tarif paketindən aylıq ödəməsi 50% endirimlə faydalana bildilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm