Rayon təhsil şöbəsi imtahan keçirir, nazirlik isə xəbərsizdir
Bizi izləyin

Qırmızı.az

Rayon təhsil şöbəsi imtahan keçirir, nazirlik isə xəbərsizdir

Zaqatala rayonunda müəllimlər sertifikasiya imtahanından keçiriləcəklər. İmtahan mart ayında keçiriləcək. İmtahan üçün müəllimlərdən 500-1000 manat arası pul tələb edilib.

Bu barədə Publika.az-a bu rayonun müəllimləri məlumat verib. Müəllimlərin sözlərinə görə, rayon təhsil şöbəsindən məktəblərə imtahana qədər deyilən məbləği hazırlamaqla bağlı tapşırıq verilib. Bununla əlaqədar müəllimlərlə görüş keçirilib. Müəllimlərin sözlərinə görə, bir neçə dəfə onlara imtahan keçiriləcəyi barədə xəbərdarlıq edilib, müəyyən məbləğ tələb edilsə də, imtahan keçirilməmişdi.

Publika.az müəllimlərin müraciəti əsasında Təhsil Nazirliyinə sorğu ilə müraciət edib. Müraciətlə bağlı Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanovun cavab məktubunda bildirilir ki, mart ayında Zaqatala rayon müəllimləri arasında təhsil şöbəsinin sınaq qiymətləndirilməsinin aparılması və bu məqsədlə müəllimlərdən 500-1000 manat arası pul tələb olunması faktları həqiqətə uyğun deyildir, böhtan və qərəzçilik xarakteri daşıyır.

Təhsil şöbəsində direktorların müşavirəsi keçirilərkən müəllimlərin öz üzərlərində işləmələri tövsiyə olunub.

Qeyd edək ki, Təhsil Nazirliyindən cavab verilənə qədər Zaqatala rayon məktəblərinin müəllimləri yenidən bizimlə əlaqə saxlayıb, təhsil şöbəsindən onlara imtahanın ləğv edilməsi barədə məlumat verildiyini deyiblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm