Qənirə Paşayeva: “Etnik kimliyindən asılı olmayaraq hamı "Xocalıya Ədalət" deməlidir ”
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva: “Etnik kimliyindən asılı olmayaraq hamı "Xocalıya Ədalət" deməlidir ”

Millət vəkili Qənirə Paşayeva İstanbulda Xocalı Soyqırımı ilə bağlı tədbirdə çağırış edib: Etnik kimliyindən və dini inancından asılı olmayaraq insanlığın yanında olanlar Xocalıya Ədalət deyənlərə dəstək verməlidir.

Xəzər regionu ölkələrini əhatə edən və Türkiyənin tanınmış jurnalı "Hazar World"un təşkil etdiyi “Ermənistanın işğalı altındakı Qarabağ” mövzulu ‘Xəzər Qısa Film’ müsabiqəsinin mükafatlarının təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva iştirakçılara Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib.

“Son iki gündür hamımız bir şok geçirdik. Bir qızımızın, bacımızın vəhşicə qətl edilməsi şokunu. Ona Allahdan rəhmət diləyir, ailəsinin acısını paylaşırıq. İki gündür Özgəcanın gözləri, 23 ildir də Xocalıda şiddətə məruz qalıb qətl edilən qadınlarımızın, uşaqlarımızın gözləri gözlərimizin önündən getmir! Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma “Şarli Ebdo” üçün yürüş edən qərb liderləri, yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən niyə yürüş geçirmədilər? Niyə səslərini heç eşitmədik?

Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləri eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! Fransa prezidenti qondarma erməni soyqırımının 100-cü ili üçün Yeravana gedəcəm deyir.

Türkiyəyə Ermənistanla sərhədləri açın deyə çağırış səsləndirir. Sənin atanın belə görmədiyi hadisələrə gedirsən, bəs niyə her şeyi gördüyün Xocalı üçün bir açıqlama vermirsən? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmirsən, çağırış səsləndirmirsən? ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar.

Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. “

Oxumağa davam et
Reklam
Reklam

Gündəm