Nizami Gəncəvi adına Qızıl medal kimlərə veriləcək?
Bizi izləyin

Qırmızı.az

Nizami Gəncəvi adına Qızıl medal kimlərə veriləcək?

Nizami Gəncəvi adına Qızıl medal ilə təltif etmək üçün qaydalar müəyyən olunub.

AMEA-dan Publika.az-a verilən məlumata görə, Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə verilib.

AMEA Rəyasət Heyəti Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün qaydalar müəyyən edib.

Qızıl medalla Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər. Azərbaycan Milli Elmlər Akademiyasının təltif etdiyi ən yüksək mükafat olan Nizami Gəncəvi adına Qızıl medal və onun diplomu AMEA-nın Ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti tərəfindən təqdim olunur.

Qeyd edək ki, bu medalla bir şəxs təkrar təltif edilə bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm