17 yaşlı qızı zorlayan 48 yaşlı kişi tutuldu (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

17 yaşlı qızı zorlayan 48 yaşlı kişi tutuldu (YENİLƏNİB)

Bakının Qaradağ rayonunda 17 yaşlı qız zorlanıb. Yeniyetməyə təcavüz edən isə onun qardaşının qayınatası olub.

Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, bu barədə qızın valideynləri şikayət ediblər.

Edilən şikayətə əsasən, qız may ayının 1-də yaşadığı Ələt qəsəbəsində evərində qohumları, 1967-ci il təvəllüdlü Əlifağa Bayramov tərəfindən zorlanıb. Kişi qızı zorlayan zaman vəhşicəsinə döyüb. Hadisə baş verən zaman qız evdə tək olub.

Qeyd edək ki, 17 yaşlı qızın qardaşının qayınatası Əlifağa Bayramov atası ilə birlikdə fəhləlik edir. Qızı zorlayan Əlifağa Bayramov həmin gün onlarda qalıb. Mayın 3-də isə səhər saatlarında onu təkrar zorlayıb.

Bundan sonra, qıza hədə-qorxu gələrək bildirib ki, əgər bu barədə kiməsə desə, onun başını kəsib kimsəsiz yerə atacaq.

Bundan bir neçə ay sonra, yay aylarında Əlifağa Bayramov yenə qohumlarının evinə gəlib. Sonradan isə 17 yaşlı qızı Salyan rayonuna aparıb. Evdəkilərə isə qohumu olan yeniyetməni istirahət etməsi üçün apardığını deyib. Lakin o, gənc qıza qarşı zorakılığını Salyanda da davam etdirib.

Qeyd edək ki, Əlifağa Bayramov ilə həmin ailə 2013-cü ildə qohum olublar.

Hazırda onun tutulması istiqamətində əməliyyat aparılır.

***

Müstəntiq Elçin Tağıyev Publika.az-a açıqlamasında qızın 35 həftəlik hamilə olduğunu, bir aydan sonra uşaq dünyaya gətirəcəyini bildirib:

“Qız çəlimsiz olduğundan adi gözlə baxanda onun hamilə olmasına ehtimal vermək olmaz. USM müayinəsinin nəticəsində isə qızın 8 aylıq hamilə olduğu müəyyən edilib. Böyük bacısı onun son vaxtlar kökəlməsindən şübhələnib, sorğu-sualdan sonra o, hadisəni danışıb. O, qardaşının qayınatası Əlifağa Bayramov tərəfindən zorlandığını və bu barədə kiməsə xəbər verəcəyi halda, başının kəsiləcəyi ilə bağlı hədələndiyini deyib.

Əlifağa Bayramov qızın atası ilə birlikdə usta işləyirmiş. Dəfələrlə onlara gəlib, evlərində qalıb. Qardaşının ailəsi də onlarla birlikdə yaşayıb, lakin hadisə baş verəndə evdə heç kim olmayıb. Ailə üzvlərinin hamısı tezdən işə gedirmiş, qız evdə tək qalırmış. Zorlanma baş verən günü də qızın atası fəhləni götürmək üçün evdən çıxıb, daha sonra qudası ilə görüşəcəkmiş. Ə.Bayramov evdə qız ilə tək qalıb. Bu fürsətdən istifadə edib qızı zorlayıb. O, qızı müxtəlif vaxtlarda 3 dəfə zorlayıb. Onların ikisi evdə, biri isə Salyan rayonu yaxınlığında boş bir ərazidə olub. Ə.Bayramov gəlinlərini görmək üçün qızı Salyana aparıb. Sonuncu hadisədən sonra qız hamilə qalıb”.

Publika.az-ın əldə etdiyi məlumata görə, qızın hamilə olmasını təsadüfən aşkarlayan ailə bunu qızın qardaşlarından gizli saxlayır.

Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, artıq Əlifağa Bayramov tutulub. O, bir neçə saatdan sonra bölməyə gətirilib dindiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm