KİVDF jurnalistləri mükafatlandırdı - FOTO
Bizi izləyin

Qırmızı.az

KİVDF jurnalistləri mükafatlandırdı - FOTO

Fevralın 18-də Nizami Rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hesabat iclası çərsivəsində həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekun nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, İqbal Məmmədov, Flora Qasımova, "Xəzər" Universitetinin rektoru, professor Hamlet İsaxanlı, eləcə də rayonun müxtəlif idarə və təşkilatlarının, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak edib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Nizami rayonunun sürətli inkişaf yolu keçdiyini diqqətə çatdırıb. İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını rayonun 2014-cü ildə sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən filmə baxmağa dəvət edib.

Hesabat xarakterli filmdə ölkə başçısının Nizami rayonuna səfərləri zamanı təntənəli açılışı olmuş yeni yol, körpü və tunellər, müasir nəqliyyat qovşaqları, respublika əhəmiyyətli sosial-mədəni, inzibati obyektlər, habelə idman müəssisələri barədə ətraflı məlumat verilib. Filmdə, həmçinin ötən il rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş mühüm uğurlardan, sahibkarlığın inkişafına xidmət edən tədbirlərdən, hazırda fəaliyyətdə olan iri istehsal və emal müəssisələrinin fəaliyyətindən bəhs olunur. Nizami rayonun abadlıq-quruculuq, eləcə də təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə etdiyi nailiyyətlər konkret fakt və görüntülər əsasında tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Hesabat iclasında çıxış edən Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, İqbal Məmmədov, Flora Kərimova, "Xəzər" Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev müstəqil Azərbaycanın son illər bütün sahələrdə sürətli inkişaf yolu keçdiyini, ölkədə ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunduğunu, respublikamızın qlobal miqyasda nüfuzunun gücləndiyini vurğulayıblar. Natiqlər ölkə başçısının rəhbərliyi altında respublikada mühüm infrastruktur layihələrinin həyata keçirildiyini, paytaxt Bakının və bölgələrin böyük tikinti meydanına çevrildiyini vurğulayıb, habelə Nizami rayon İcra Hakimiyyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatını qənaətbəxş dəyərləndiriblər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı rayonda görülmüş işlərin, əldə olunmuş uğurların və bəzi nöqsanların ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib, rayon icra hakimiyyəti ilə KİV arasında sıx əlaqələrin qurulduğunu bildirib. Fondla birgə təşkil olunan fərdi jurnalist jurnalist müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edən Tahir Budaqov müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə yer alan makroiqtisadi göstəricilər Nizami rayonunun son illər sürətli inkişaf yolu keçdiyini göstərir. Fondun icraçı direktoru ölkə başçısının xüsusi diqqət və qayğısı ilə rayonun son illər sürətlə müasirləşdiyini, müxtəlif sahələr üzrə uğurlu nəticələrə imza atdığını diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkədə senzuranın ləğv edildiyini, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırıldığını, ölkə miqyaslı KİV-lərin yubileylərinin keçirildiyini xatırladan Vüqar Səfərli bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru bildirib ki, ölkə başçısının 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" və həmin Konsepsiya əsasında 2009-cu ilin aprelində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması KİV-lərə dövlət dəstəyinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinə imkan yaraaıb. Fondun icraçı direktoru Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlər büdcəsi hesabına yaşayış binalarının inşasını dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirib.

Fondun icraçı direktoru 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini də diqqətə çatdırıb. Vüqar Səfərli bildiribr ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd qarşılıqlı əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə çatdırılması, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır.

Çıxışını davam etdirən Vüqar Səfərli bu il Azərbaycan mətbuatının 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunacağını, bu münasibətlə Fondun yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə birgə tədbirlər təşkil edəcəyini də diqqətə çatdırıb.

İcraçı direktor Fondun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 4-dən dekabrın 24-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 37 yazının daxil olduğunu diqqətə çatdırmışdır. Vüqar Səfərli müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 15 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 21 nəfər jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.

Qeyd edək ki, qaliblər arasında “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Nərgiz Cavadzadə də var. O, 3-cü yerin qalibidir.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm