Universitet müəllimlərinin maaşı sabah veriləcək - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Universitet müəllimlərinin maaşı sabah veriləcək - RƏSMİ

Lənkəran Dövlət Universitetinin müəllimləri dekabr ayından əmək haqlarını ala bilmirlər. Müəllimlərin sözlərinə görə, səbəbi rektor Asəf İsgəndərovun dekabr ayından xaricə gedib, hələ də geri qayıtmamasıdır. Üstəlik də, o, xaricə gedərkən unversitetin möhürünü özü ilə aparıb.

Müəllimlərin bu iddialarına universitetdən münasibət öyrənməyə çalışdıq. Ali təhsil ocağından rektorun universitetdə olduğunu desələr də, dəfələrlə cəhd etsək də onu yerində tapa bilmədik.

Universitetin tədris işləri üzrə prorektoru Nahid Paşayev Publika.az-a açıqlamasında mətbuatda yazılan məlumatların doğru olmadığını dedi:

“Asəf müəllim fevralın1-dən məzuniyyətdə idi. Onun məzuniyyət müddəti fevralın 22-də bitirdi. Amma məzuniyyətini yarımçıq qoyub fevralın 15-dən işdədir.

Maaşların gecikməsinin səbəbi Maliyyə Nazirliyi ilə əlaqədardır. Artıq smeta təsdiq edilib, bu barədə bizə bu gün məlumat verilib. Maaşlar sabah, ya da o biri gün veriləcək”.

Qeyd edək ki, bu barədə müəllimlər avropa.info saytına məlumat verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm