Qanunsuz evlər sökülməyəcək - ŞAD XƏBƏR
Bizi izləyin

Qırmızı.az

Qanunsuz evlər sökülməyəcək - ŞAD XƏBƏR

“Söküntü işləri qeyri-müəyyən vaxtadək təxirə salınıb”.

Bu sözləri Axar.az-a SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirov ARDNŞ ərazisində qanunsuz olaraq tikilən evlərin taleyinə münasibət bildirərkən dedi. Qurum rəsmisinin sözlərinə görə, evlərin söküntüsü ilə bağlı məhkəmə qərarı var, amma vətəndaşları düşünüb söküntüyə başlamırlar:

“SOCAR evlərin söküntüsü ilə bağlı qərar vermir. Bu qərar məhkəmə tərəfindən verilir və icraata da məhkəmə tərəfindən nəzarət olunur. SOCAR-ın vəzifəsi ərazisində ev tikən sakinləri məhkəməyə vermək və qanunuzluğun aradan qaldırılması üçün hüquqi addımlar atır. Məhkəmə də qanunsuz tikililərin sökülməsinə qərar verib. Lakin bir qurum kimi vətəndaşları düşünüb söküntü işlərinə təzyiq etmirik. Bu, qeyri-müəyyən vaxta kimi belə olacaq. Təkcə Binəqədi rayonunda 35 min sökülməli olan tikili var. Bu insanları necə evindən etmək olar?"

- See more at: http://axar.az/news/44188#sthash.GR3fEzI3.dpuf

***

Təkcə Binəqədi rayonunda 10 min evin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunacaq. “Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən (ARDNŞ) qanunsuz evlərin sökülməsi ilə bağlı məhkəmələrə minlərlə müraciət olunub”.

Publika.az Lent.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib.

ARDNŞ rəsmisinin sözlərinə görə, qanunsuz evlərin sökülməsi ilə bağlı ən çox Binəqədi rayonu üzrə müraciət edilib:

“Binəqədi rayonu üzrə 9392 evin sökülməsi ilə bağlı müraciət var. Hazırda onlardan 4172-i ilə bağlı məhkəmədə qətnamə çıxarılıb. Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq”.

C.Mustafayev həmçinin Bakı və Bakıətrafı rayonlarla görə edilən müraciətlərlə bağlı çıxarılan qətnamələrin statistikanı açıqlayıb:

“Səbayel rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Sabunçu rayonu üzrə 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülməsi il bağlı qətnamə çıxarılıb. Xətai rayonu üzrə 444, Nizami rayonu üzər 179 evlə bağlı müraciət olunub, 141 evlə bağlı qətnamə var. Xəzər və Qaradağ rayonları üzrə 1500 yaxın evin sökülməsi iılə bağlı qətnamə çıxarılıb”

ARDŞ rəsmisinin bildirib ki, qətnamə çıxarılan evlərin sökülməsi hələ icra edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm