• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Jurnalistlər cəbhə bölgəsində

Jurnalistlər cəbhə bölgəsində

Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq cəbhə bölgəsinə media tur təşkil edilib.

Publika.az-ın məlumatına görə, media nümayəndələri ilk olaraq Ağcabədi rayonu Etibar İsmayılov adına 1 saylı tam orta məktəbin şagird və müəllim heyəti ilə görüş keçirib. Media nümayəndələri ilk növbədə milli qəhrəmanın adını daşıyan məktəbdə E.İsmayılovun xatirə lövhəsi ilə tanış olub, onun döyüşçü yoldaşları ilə söhbət ediblər. Qeyd edilib ki, E.İsmayılovun təhsil aldığı məktəb indi onun adını daşıyır. 1994-cü il yanvarın 4-də şəhid olmuş milli qəhrəman sonuncu döyüş zamanı təkbaşına 30-dan artıq düşmən əsgərini məhv edərək döyüş yoldaşlarının həyatını xilas edib. Özü isə həmin döyüşdə şəhid olub.

Milli qəhrəmanın döyüş yoldaşı Natiq Davudov E.İsmayılovun qəhrəmanlığından danışıb. Media nümayəndələri daha sonra məktəbdə dərsin gedişi ilə tanış olublar.

Qeyd edək ki, Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçirilən media-tur çərçivəsində təhsil müəssisələrinin pedaqoji kollektivləri, hərbi hissələrin şəxsi heyəti və milli qəhrəmanlarla görüşlər nəzərdə tutulub.

Tur çərçivəsində Xocalı faciəsinin şahidləri ilə də görüşlər planlaşdırılır.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR