Bakıda şok fırıldaq: dələduz polisi belə aldatdı
Bizi izləyin

Qırmızı.az

Bakıda şok fırıldaq: dələduz polisi belə aldatdı

Bakı sakini Bəhlul Xəlilov dostları olan Faiq və onun atası Böyükağa Şükürov vasitəsi ilə Azad Əliqulu oğlu Məmmədli adlı şəxsə 30 min manat pul verdiyini, ancaq aldadıldığını bildirir.

Axar.az-ın əməkdaşına açıqlama verən zərərçəkən Bəhlul Xəlilov bildirib ki, pulu verməkdə səbəb qohumunu işə düzəltmək olub. Ancaq Azər Məmmədli adlı şəxs yoxa çıxıb.

Bundan sonra zərərçəkən külli miqdarda pulu mənimsəyən tanışları Faiq və Böyükağa Şükürov haqqında müəyyən qurumlara müraciət etsə də, məsələyə aydınlıq gətirilməyib. Dəfələrlə Respublika Prokurorluğu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və s. çoxsaylı qurumlara müraciət də nəticəsiz qalıb. Çünki dələduz unikal fırıldaqdan istifadə edərək, polisi aldatmağı bacarıb.

“Bu şəxslər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Azər Məmmədlinin öldüyünü təsdiqləyən sənəd təqdim ediblər. Müstəntiq Tərlan Zeynalov da Azad müəllimin öldüyü haqqında rəsmi sənədi və onun adına hazırlanmış qəbrin fotolarını bizə göstərdi. Biz də inandıq. Bu yaxınlarda isə təsadüfən Azad Məmmədlinin sağ-salamat olduğunu, Yasamal rayonunda qeydiyyatdan çıxaraq, Sumqayıta qeydiyyata düşdüyünü və burada yaşadığını öyrəndim”.

Zərərçəkən polisi belə heyrətamiz fırıldaqla aldadan dələduzlar barəsində tədbir görülməməsindən narahatdır. Mövzunu diqqətdə saxlayacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm