“Azəriqaz”da yenilik
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz”da yenilik

“Azəriqaz” İstehsalat Birliyi (İB) qaynar xəttinin xidmətlərini daha da təkmilləşdirərək əhaliyə yeni xidmət təklif edəcək. Hazırda bununla bağlı iş gedir və proses yaxın vaxtlarda yekunlaşacaq”.

Bunu Publika.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, “Azəriqaz” qaynar xidmətlər üzrə əhali müraciətlərini təkmilləşdirərək xidmətlər üzrə yeni sistem qurur: “Vətəndaşların müraciətinə operativ yanaşma sistemi tətbiq olunacaq və bu da şikayətlərə rəhbərlik tərəfindən birbaşa nəzarət imkanı yaradır. "104" və ya “185” xidmətinə zəng etdikdə elektron cavablandırma sistemi işə düşəcək. Xidmətin fərqi ondadır ki, şikayətlər istiqamət üzrə birbaşa problemlə əlaqədar bölmələrə yönləndiriləcək. Həmçinin zəng vuran şikayətçi xətdə neçənci adam olması haqqında da məlumatlandırılacaq”.

İ. Kərbəlayevin sözlərinə görə, zəng edən şikayətçilərin səsi yazılacaq və arxivləşdiriləcək. Müraciət kompüterdə əks olunacaq və təcili məsələlərlə bağlı olduqda dispetçer xidmətinə yönləndiriləcək. Elektron formada olan müraciətlərə də dərhal baxılaraq cavab veriləcək.

İ. Kərbəlayev onu da bildirdi ki, müraciətlərlə bağlı gündəlik və ya həftəlik hesabatlar tərtib olunacaq. Qurum rəsmisinin sözlərinə görə, əhalinin daha yaxşı xidməti təmin etmək üçün yaradılan bu yeniliyin yaxın vaxtlarda işə düşəcəyi gözlənilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm