Nazirlər Kabineti martda iş və istirahət günlərinin yerini dəyişdirdi
Bizi izləyin

Qırmızı.az

Nazirlər Kabineti martda iş və istirahət günlərinin yerini dəyişdirdi

Azərbaycan Respublikasının Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm