Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb

Artıq 1 saata yaxındır ki, Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Publika.az-ın müxbirinin verdiyi məlumata görə, tıxac "Xırdalan dairəsi"ndən "20 Yanvar" istiqamətində gedən yolda nəqliyyatın hərəkəti iflic olub.

Qeyd edək ki, bir neçə gündür Bakı-Sumqayıt yolunda təmir işləri aparılır. Tıxac da həmin səbəbdən yaranıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, səhər saatlarından Sumqayıt şossesində başlayan sıxlıq hələ də müşahidə edilir.

Bakı-Sumqayıt yolunda şəhər istiqamətində tıxac yaranıb. Həmçinin Mehdi Hüseyn, Şeyx Şamil küçələri, “İçərişəhər” metrostansiyası yaxınlığında da sıxlıqdır.

Paytaxtın digər ərazilərində səhər saatlarında sıxlıq olsa da, hazırda həmin ərazilərdə hərəkət normaldır.

Gülxar

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm