• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hacı Qamət: “Böyük alimlər deyir ki, Yer fırlanmır” - VİDEO

Hacı Qamət: “Böyük alimlər deyir ki, Yer fırlanmır” - VİDEO

Azərbaycanda səudiyyəli vəhhabi müftisinin iddiası geniş müzakirəyə səbəb olub.

Axar.az xəbər verir ki, Bender Xeybər adlı vəhhabinin Yer kürəsinin sabit olması haqda fikrinə ilk dəstək Əbubəkr məscidinin imamı Hacı Qamət Süleymanovdan gəlib. Hacı Qamətin açıqlamasından sonra bu fikirdə olanlar isə cahil adlandırılıb. Artıq sələfi lideri onun çıxışına münasibət bildirənlərə cavab verib.

Fevralın 19-da Yutub sosial şəbəkəsində yayılan video çıxışında Q.Süleymanov fikirlərinə aydınlıq gətirib:

“Sadəcə demişəm ki, belə fikir var. Ancaq onun sözlərini dəstəkləyib-dəstəkləmədiyimi açıqlamamışam. Bu, dini məsələ deyil, dünyəvidir. Ona görə də başqa istiqamətə yönəltmək düzgün deyil”, - deyə sələfi lideri bildirib.

Hacı Qamət Yer kürəsinin fırlanmasına sübut kimi Nəhl surəsindəki ayənin göstərilməsindən də danışıb:

“Bu ayə Qiyamətə aiddir. Açıq-aydın dəlil yoxdur ki, Yer fırlanır. Əgər olsaydı, böyük alimlər deyərdi. Odur ki, Yer fırlanmır deyən alimlərə savadsız deyənlərin özləri savadsızdır. Çünki bu fikir firqələrdə də var. Hətta şiə məzhəbinin onlara görə böyük alimi olan Müfid öz kitabında qeyd edib ki, Yer sabitdir, tərpənmir. Əgər cahillikdirsə, onlar özü cahildir. Ola bilər kimlərsə oxumayıb, belə danışırlar. İnşallah, oxuyub öyrənərlər”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR