• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

2800-ə yaxın sürücünün hüququ məhdudlaşdırıldı

2800-ə yaxın sürücünün hüququ məhdudlaşdırıldı

Ötən il yol hərəkətinə nəzarət prosesində 2.355.222 yol hərəkət qayda (YHQ) pozuntusu qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 16.606, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 720.303, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 233.968, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 124.724, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 125.026, sərnişin daşıma qaydalarının pozulması üzrə 5.480 fakt aşkar edilib.

YHQ pozuntusuna görə 2.774 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Ötən il 56.308 avtomobil ilkin qeydiyyata alınıb, 75.969 ilkin sürücülük vəsiqəsi verilib.

Hesabat dövründə avtoxuliqanlıq etdiyinə görə 580, şüşələrinə plyonka və örtüklər çəkilmiş 7.901 avtomobil sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR