• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gimnaziyaya ibtidai sinifdən qəbul dayandırıldı, müəllimlər və valideynlər etiraz edir

Gimnaziyaya ibtidai sinifdən qəbul dayandırıldı, müəllimlər və valideynlər etiraz edir

Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının bağlanması ilə bağlı təhsil naziri Mikayıl Cabbarovun əmr imzaladığı barədə məlumat yayılıb.

Gimnaziyanın müəllimləri və gimnaziyanın ibtidai siniflərində təhsil alan şagirdlərin valideynləri bu qərara etiraz olaraq təhsil ocağının qarşısına toplaşıb.

Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, gimnaziyanın bağlanması barədə xəbər doğru deyil. əslində, ibtidai siniflərə qəbulun aparılması dayandırılıb. Gimnaziyaya qəbulun 5-ci sinifdən aparılmasına qərar verilib. Bu qərara valideynlər və ibtidai sinif müəllimləri etiraz edir.

Hazırda Gimnaziyada Təhsil Nazirliyinin əməkdaşları ilə etirazçı müəllimlər arasında görüş keçirilir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR