Salyanda başqa kişi ilə gəzən iki uşaq anası ərini bıçaqladı – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

Salyanda başqa kişi ilə gəzən iki uşaq anası ərini bıçaqladı – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Salyan rayon sakini, 2 uşaq anası, üçüncü övladına hamilə olan Samirə Mehdiyeva (ad və soyadlar şərtidir) ərini bıçaqlayaraq öldürməyə cəhd edib.

Publika.az xəbər verir ki, Samirə ilə həyat yoldaşı Seymur Mehdiyev arasında münaqişə baş verib.

Nəticədə, Samirə həyat yoldaşını bıçaqlayaraq öldürmək istəyib. Hadisə baş verən gün əri Samirənin həmkəndliləri Namiq Pənahovla telefonda danışdığını eşidib. Bundan sonra Samirə ilə Seymur dalaşıblar. Seymur Samirəyə “Sənin başqa kişi ilə əlaqənin olmasını hamıya deyib, səni biabır edəcəyəm” deyib. Buna görə Samirə ərini öldürmək qərarına gəlib.

Bu məqsədlə o, əvvəlcədən hazırlıq görərək, jurnal masasının üstündən mətbəx bıçağını götürüb, yatdığı döşəyin altında gizlədib. Həmin gün səhər tezdən yataq otağında çarpayıda uzanıb söhbət edən zaman qəflətən həmin bıçağı götürən Samirə ərinə 5 dəfə zərbə vurub.

Seymur cəld tərpənib, otaqdan çıxıb. Hadisə yerinə gələn qohum və qonşuları onu vaxtında xəstəxanaya apardıqlarından, onun həyatını xilas etmək mümkün olub.

Dəfələrlə keçirilən məhkəmə

Publika.az xəbər verir ki, bu əməli ilə Samirə Mehdiyeva Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib və onun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samirə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin məhkəmənin hökmü ilə razılaşmayan Samirə və onun həyat yoldaşı apellyasiya şikayəti verərək, onun barəsində olan cəzanın yüngülləşdirilməsini istəyiblər. Samirə şikayətində göstərib ki, onun əməli 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə tövsif edilməlidir. Çünki onun məqsədi ərini öldürmək olmayıb. Həmçinin azyaşlı uşaqlarının olması da nəzərə alınmalıdır. Bundan başqa o, zərərçəkmiş Seymurla barışıb.

Qadını danışmağa nə vadar etdi?

Bir müddət əvvəl Samirənin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb və qərar qəbul edilib. Onun barəsində 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək, cəzasının qalan 4 il 29 gün hissəsini çəkməsi uşağı səkkiz yaşına çatanadək təxirə salınıb. Qeyd edək ki, cinayət törədən zaman hamilə olan Samirə həbsxanada uşaq dünyaya gətirib. İşə baxan hakimlərdə Samirənin ana olmasını nəzərə alıblar.

Amma məhkəmənin qərarından həm Samirə, həm də onun həyat yoldaşı narazı qalıb. Onlar cəzanın bir az da yüngülləşdirilməsi ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Ali Məhkəmənin hakimləri apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv ediblər və işə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul ediblər.

Bu səbəbdən də Samirənin cinayət işi yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Onun apelyasiya şikayəti üzrə məhkəmə baxışı hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Namiq mənə telefon bağışlayıb”

Bundan əvvəl barəsində bir neçə dəfə məhkəmə qurulsa da, hadisə ilə bağlı Samirə danışmaq istəməyib. Hər dəfə susmağı üstün tutan Samirə nədənsə sonuncu məhkəmə iclasında danışmaq qərarına gəlib. O, məhkəmə iclasında hadisənin hansı səbəbdən baş verməsi barədə ətraflı ifadə verib.

Samirənin sözlərinə görə, əri Seymur onu əsassız yerə qısqanıb: “Son iki ildə isə ərinin qısqanclıq hissləri daha da artıb. 2010-cu ilin təxminən yanvar ayında həmkəndlimiz Namiq ilə tanış olmuşam. Namiq mənə bir-birimiz ilə danışmaq üçün telefon bağışlayıb”.

“Hansı kişilərlə əlaqəmin olduğunu araşdıracağını bildirdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 11 noyabr 2012-ci ildə Namiqin ona zəng edib-etməməsini yoxlayan zaman qəflətən Seymur onun arxasınca otağa girib: “Həmin vaxt telefonu gizlədə bilmədim. Telefonu evə qayıdanda qızım Sevdanın küçədən tapdığını dedim. Seymur səhər açılan kimi nömrənin kimə məxsus olduğunu və hansı kişilərlə əlaqəmin olduğunu araşdıracağını bildirdi. Bundan sonra o, paltarlarını soyunaraq yataq otağındakı çarpayıya uzandı. Bundan sonra uşaqlarını həmin yataq otağında yatırtdım və yataq paltarlarımı geyinərək Seymurun yanında çarpayıya uzandım. Seymur yataqda olsa da, yatmamışdı”.

“Ərimi öldürmək istəməmişəm”

Samirə Mehdiyeva deyib ki, həmin vaxt Seymur ona başqa kişilərlə əlaqəsi olduğu barədə böhtan atmağa başlayıb: “Həmin telefona zəng edən adamla əlaqəmin olduğunu Şorsulu kəndinin sakinlərinə, hamıya yayacağını dedi. Gecə ayaqyolundan qayıdanda evdə jurnal stolunun üstündə olan bıçağı götürdüm və yataq otağına qayıtdım. Səhərə yaxın Seymurun yenə də yatmadığını gördüm. mışdır. Seymur yenə də məni xəyanət etməkdə günahlandırdı. Bu vaxt güclü ruhi həyəcan vəziyyətində bıçaqla onun kürək nahiyəsinə iki dəfə ard-arda zərbə endirdim. Seymur “ay Allah” deyə-deyə ucadan qışqırdı. İkinci zərbədən sonra üzü üstə çarpayıdan döşəməyə düşdü. Dərhal onun kürək nahiyəsinə üçüncü bıçaq zərbəsini vurdum. Bu zaman Seymur otaqdan qaçdı. Onun arxasınca çıxdım. Seymurun salonda olan divanın yanında dayandığını və qayınanamın ona tərəf gəldiyini gördüm. Bu səbəbdən dərhal yataq otağına qayıtdım. Həmin vaxt uşaqları səsə yuxudan oyanaraq ağlaşdılar. Bıçağı kamodun üstünə qoydum və uşaqlarını sakitləşdirdim. Təxminən 5 dəqiqədən sonra qayınanam otağa girərək bıçağı apardı. Bir neçə dəqiqədən sonra Seymuru xəstəxanaya apardılar. Ərimi öldürmək istəməmişəm. Sadəcə, ərimin mənə qarşı təhqiramiz sözlərindən sonra güclü ruhi həyəcan vəziyyətində nə etdiyini bilməmişəm və ona xəsarət yetirmişəm”.

Məhkəmə sonda qərar açıqlayıb. Qərara görə, Samirə Mehdiyevanın cəzası daha da yüngülləşdirilib. Onun barəsində təyin edilmiş cəza şərti hesab edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm