• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

​Lamiyə Quliyeva azadlığa buraxıldı - FOTOLAR

​Lamiyə Quliyeva azadlığa buraxıldı - FOTOLAR

Bu gün Bakı Apelyasiya Məhkəməsi Lamiyə Quliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirib.

Publika.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Lamiyə Quliyevanın azadlığa buraxılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Baş Prokurorluq 4 saylı cəzaçəkmə müəssisində saxlanan məhkum Lamiyə Quliyeva ilə bağlı Xətai Rayon Məhkəməsinə protest verib. Protestə əsasən Lamiyə Quliyevaya onun məhkum olunmasına dair hökmdən şikayət etmək hüququnun tanınması istənilib. Xətai Rayon Məhkəməsi protesti təmin edib. Lamiyə Quliyeva onun 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən şikayət vermək hüququ qazanıb.

Lamiyə Quliyeva 2003-cü ildə Aslan Aslanovun oğlunun qətlə yetirilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin müddət 2013-cü ildə bitib. Lakin 2012-ci ildə L.Quliyevaya yenidən ittiham elan olunub və Xətai Rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə ümumilikdə 15 il 6 ay müddətinə cəzaya məhkum olunub.

Lamiyə Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. Quliyeva 2003-cü ildə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilib.

2012-ci ildə Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham olunaraq 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Bundan 1 il sonra, 2013-cü ildə o Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

İşə Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimov üçüncü ittiham üzrə bəraətverici əsaslarla hökm çıxarıb. Lakin prokurorluq protest verib, Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev həmin hökmü ləğv edib. Beləliklə, Lamiyə Quliyevanın cəzası 6 il 6 ay artırılıb. Ali Məhkəmənin hakimi Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR