ANS-in Lamiyə ilə görüşən müxbiri: “Gör başını...”
Bizi izləyin

Qırmızı.az

ANS-in Lamiyə ilə görüşən müxbiri: “Gör başını...”

“Bir də gördüm bir xanım əlində fen gəldi. Saçımı qaydaya salarkən ondan soruşdum ki, bacım, sən də məhbussan?”

Axar.az xəbər verir ki, bu sözlər ANS TV-nin aparıcısı Ləman Ələşrəfqızının Feysbukda Lamiyə Quliyeva sərbəst buraxılandan sonra hadisəyə münasibət bildirərkən yazdığı statusda yer alıb. Tanınmış jurnalist Lamiyə Quliyeva ilə müsahibəyə gedərkən baş verənləri paylaşıb:

“Hamı Lamiyənin azadlığa qovuşmasından yazır. Mən də onunla müsahibəyə gedən gün başıma gələnləri danışmaq istəyirəm. Deməli, həmin gün Fəxri Xiyabanda Bəxtiyar Vahabzadənin məzarını çəkirəm. Hava da çiskindir, yağış damcılayır. Saçlarım yarı islanmış işə qayıtdım və dedilər ki, Lamiyədən müsahibəni sən alacaqsan, tələs. Necə getdimsə, saç, makiyaj yaddan çıxdı. Bir də onda ayıldım ki, saçları par-par yanan, geyim-kecimindən türmədə yox, podiumda olduğu anlaşılan Lamiyə qarşımdadır. Bir ona baxdım, bir özümə və həbsxananın rəisindən xahiş etdim ki, saçımı abıra salmağa fen tapa bilərəm? Rəis dedi, bu saat. Bir də gördüm, bir xanım əlində fen gəldi. Saçımı qaydaya salarkən ondan soruşdum ki, bacım, sən də məhbussan? Dedi hə. “Nəyə görə düşmüsən bura”, - sualıma qadın soyuqqanlı cavab verdi: “Tamah məqsədilə 2003-cü ildə mütəşəkkil qrup balaca uşağı öldürmüşdü. Mən də o qrupun tərkibindəydim".

Əlim-ayağım qurudu, sakitcə operatoruma baxdım və ürəyimdə dedim: “Gör başını kimə etibar etmisən, Ləman? Sənə lazım idi bunun düzəltdiyi saç? Onsuz da ortaya bir zibil çıxartmadı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm