• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Müharibə qızışır - Lotu Qulinin "öldürtdüyü" Dato Ağcabədinski sağ çıxdı

Müharibə qızışır - Lotu Qulinin "öldürtdüyü" Dato Ağcabədinski sağ çıxdı

Fevralın 10-na keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin Parkovaya küçəsi, 15-də yerləşən və azərbaycanlılara məxsus olan “Abşeron” kafesində atışma baş verib.

Məlumata görə, kafedə “Lotu Quli” (Nadir Səlifov) adlı kriminal avtoritetin tərəfdarları ilə əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan “Dato Ağcabədinski” ləqəbli Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşma arasında silahlı toqquşma olub. Xəbərdə qeyd edilir ki, atışma zamanı “Dato Ağcabədinski” və onun yaxın adamı olan “Natiq Əlibayramlinski” qətlə yetirilib. Onları “Lotu Quli”nin əslən Gəncədən olan adamlarının güllələdiyi deyilir.

Xatırladaq ki, Rusiyada qətlə yetirilən “Natiq Əlibayramlinski” ləqəbli kriminal avtoritetin nəşi Azərbaycana gətirilib və ata-baba yurdu Şirvanda dəfn olunub.

Amma burada maraqlı məqamlardan biri odur ki, atışma zamanı qətlə yetirildiyi bildirilən “Dato Ağcabədinski” ölüm xəbəri hələ ki təsdiqini tapmayıb. Rusiya hüquq-mühafizə orqanları da bununla bağlı konkret açıqlama yaymayıblar.

Rusiyada yaşayan və kriminal aləmə yaxın olan mənbənin Teleqraf.com-a açıqlamasına görə, “Dato Ağcabədinski” ləqəbli Cavid Məmmədov sağdır. Xəbərə görə, atışmadan sağ çıxmağı bacaran kriminal avtoritetin harada olması barədə dəqiq məlumatlar yoxdur. Amma mənbənin dediyinə görə, o, ötən gün Moskvanın Lyublina rayonunda dostlarıyla bir yerdə olub. O əlavə edib ki, “Dato Ağcabədinski”nin atışmadan sağ çıxması kriminal aləmdə olan vəziyyəti bir az da ağırlaşdıracaq. Gözlənilir ki, “Dato Ağcabədinski”nin cavabı daha ağır olacaq.

Qeyd edək ki, Cavid Məmmədov əsasən gürcü kriminal aləminin nümayəndələrinə yaxınlığı ilə tanınır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR