• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İngilis dili müəlliməsi ayaqyoluda zorlandı

İngilis dili müəlliməsi ayaqyoluda zorlandı

Türkiyədə əslən Sinqapdan olan ingilis dili müəlliməsi zorlanıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda məktəblərin birində çalışan qadın yanvarın 17-də Kadıköy Bağdad küçəsində əylənməyə getdiyi barın ayaqyolusunda zorlanıb.

Hadisə N.S.B adlı qadının bir amerikalı və iki türk yoldaşıyla bərabər bara getdiyi vaxt - saat 23:00-da baş verib.

M.S adlı bir nəfər qadınların olduğu ayaqyoluya daxil olaraq N.S.B-ni zorlayıb. Onun qaçdığını görən qadın çığırmağa başlayıb. Bu zaman barda olan 20-yə yaxın kişi qadına hücum edərək ona qarşı seksual xarakterli hərəkətlər ediblər.

Hadisə yerinə gələn polis də faktla bağlı heç bir tədbir görməyib. Hadisəni öz aralarında həll etməyi məsləhət görərək həmin şəxslərə cinayət işi açılmayıb. Yalnız üzr istənilib.

N. S. B sonradan öyrənib ki, həmin şəxs barda işləyir. Sonradan bar rəhbərliyi həmin əməkdaşın işdən qovulduğunu bildirib.

Həkim müayinəsi zamanı qadının bədənində xeyli sayda zorakılıq əlamətlərinin olduğu aşkar olunub. Yalnız kamera görüntüləri aşkarlanandan sonra Anadolu Baş Prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR