• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Frenk Elkapone bütün obyektlərini satdı

Frenk Elkapone bütün obyektlərini satdı

Azərbaycanda və Rusiyada Frenk El Kapone kimi tanınan iş adamı Fizuli Məmmədov Moskvadakı biznesini satıb.

Bu barədə “Axar.az”a Moskvadakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, El Kapone sahibi olduğu “İnter-Sever” şirkətini, habelə Çeryomuşka bazarındakı payını yəhudi əsilli iş adamlarına satıb və biznesini Avropaya köçürüb.

Mənbənin dediyinə görə, keçmiş Moskva meri Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Artıq neçə vaxtdır ki, onun obyektləri Moskva vergi departamenti tərəfindən yoxlanılırmış. Moskvanın “Reçnoy vokzal” metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış.

Nəhayət, Frenk Rusiya ilə üzülüşmək qərarı verib. Amma biznesini konkret hara köçürdüyü dəqiq deyil. Ehtimal olunur ki, o, biznesini İtaliyaya köçürüb. Çünki onun birinci həyat yoldaşı italyan əsillidir. Frenkin Palermoda da ticarət mərkəzi var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR