Bakı - Şamaxı yolu bağlandı
Bizi izləyin

Qırmızı.az

Bakı - Şamaxı yolu bağlandı

Bakı - Şamaxı - Yevlax magistiral yolu hər iki istiqamətdə bağlanıb. Günün ikinci yarsından yağmağa başlayan qar gecə saatlarında güclənib.

Yolda qalan sürücülərin Publika.az-ın şimal-qərb bürosuna verdiyi məlumata görə, havanın küləkli və çovğunlu olması yolun buz bağlamasına səbəb olub.Yolda hər iki istiqamətə nəqliyyatın hərəkətində çətinlik yaranıb. Eyni zamanda Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını birləşdirən magistral yol buz bağlayıb Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bir çox sürücülər Bakı-Şamaxı-Ağsu yolu və Muğanlı-İsmayıllı-Qəbələ yolu qarla əlaqədar hərəkət üçün təhlükəli olduğuna görə, alternativ olaraq Bakı - Qazax, Ucar - Göyçay, Ağdaş - Qəbələ, Kürdəmir - Ağsu yollarından istifadə etməyə məcbur olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm