• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hacı Zeynalabdin Tağıyev və Qafqaz İsam Ordusunun qəhrəmanları

Hacı Zeynalabdin Tağıyev və Qafqaz İsam Ordusunun qəhrəmanları

Bu gün Ankarada “Tarixdaş – Millətlər və Cəmiyyətlər” Dərnəyinin təşkilatçılığı ilə “Hacı Zeynalabdin Tağıyev və Qafqaz İsam Ordusunun qəhrəmanları” mövzusunda konfrans keçirilib.

Publika.az-ın Ankarada olan əməkdaşınn verdiyi məlumata görə, konfransda Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, hər iki ölkədən deputatlar, elm və mədəniyyət xadimləri, Hacı Zeynalabdin Tağıyevin qohumları, ölkələrimizi təmsil edən tanınmış şəxslər iştirak ediblər. Əvvəlcə Hacı Zeynalabdin Tağıyevin zəngin və mənalı həyatını əks etdirən film nümayiş olunub.

“Tarixdaş – Millətlər və Cəmiyyətlər” dərnəyinin sədri Əhməd Babanın çıxışından sonra professorlar Yaqub Mahmudov, Okan Yaşılot, Mustafa Sırkı Bilgin, dosentlər Firdovsiyyə Əhmədova və İradə Məmmədovanın məruzələri dinlənilib. Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin mənalı ömür yolunu əks etdirən məruzələrdə diqqətə çatdırılıb ki, H.Z.Tağıyev dövrünün ən uzaqgörən ictimai xadimi olub. O, harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, sənaye və kənd təsərrüfatı sahələrində milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib.

Diqqətə çatdırılıb ki, Hacı Zeynalabdin Tağıyev Azərbaycanın dövlət müstəqilliyinin qazanılması, o cümlədən erməni quldur birləşmələrinin xalqımıza qarşı törətdikləri silahlı cinayətlərə biganə qalmayıb. Hacı Zeynalabdin Tağıyevin 1918-ci ildə Azərbaycan xalqının harayına səs verən Qafqaz İslam Ordusunun rəhbərliyi ilə xoş münasibətlər yaratması iki qardaş xalq arasında tarixi münasibətlərin daha da istiləşməsinə böyük töhfə verib. Alimlər qeyd ediblər ki, Hacı Zeynalabdin Tağıyevin mənəvi irsi Azərbaycan və Türkiyə xalqlarının qürur yeri, ortaq sərvətidir. Onun həyata keçirdiyi layihələr və uzaqgörən tədbirlər ortaq şəkildə hər iki xalqın maraq və mənafelərinə xidmət edib.

Tədbirdə iştirakçılara Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair kitablar paylanıb.

Vasif Həsənli - Ankara

Xəbər lenti

DAHA ÇOX XƏBƏR