Masallıda məşhur mebel fabriki yandı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Masallıda məşhur mebel fabriki yandı - VİDEO

Masallı rayonunda mebel fabrikində yanğın olub.

Publika.az "Cenubnews"a istinadən xəbər verir ki, yanğın gecə saatlarında baş verib. Hadisə baş verən əraziyə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin bütün canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın anbarda 2000-2500 kv.m sahəni əhatə edib. Hazırda yanğının söndürülməsi və böyüməsinin qarşısını almaq üçün FHN-in yanğınsöndürənləri işləyirlər.

Yanğının nədən baş verdiyi isə hələlik bilinmir. Hadisənin dəqiq baş vermə səbəbi isə araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək ki, yanğın zamanı fabrikə böyük miqdarda zərərin dəydiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm