Yanacaqdoldurma məntəqəsində qətl - Astarada
Bizi izləyin

Qırmızı.az

Yanacaqdoldurma məntəqəsində qətl - Astarada

Astara rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə fevralın 22-də saat 05.00-də rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Naməlum şəxs həmin məntəqənin operatoru işləyən Ərçivan qəsəbə sakini, 52 yaşlı İltifat Höccət oğlu Quliyevə çoxsaylı bıçaq zərbələri vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

İ. Quliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.


Hazırda qətl hadisəsini törətmiş şəxsin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm