• USD 1,7023 0,00% EUR 1,9047 +0,69%
    • GBP 2,2128 +0,33% RUB 0,0300 +1,33%

Sinoptiklərdən xoş xəbər var

Sinoptiklərdən xoş xəbər var

Fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək.

Bu barədə Pubika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, bu gün gündüz saatlarından Qərb bölgəsindən başlayaraq yağıntılar kəsəcək. Sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.

Bu gecə Bakıda şaxtalı hava şəraiti ilə bağlı yollar buz bağlayacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 20-dən Azərbaycanda qeyri-sabit, soyuq hava şəraitinin hökm sürəcəyi barədə xəbərdarlıq etmişdi. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR