Lənkəran-Lerik yolu bağlanıb: Lerikə artıq 2 sutkadır ki, elektrik enerjisi verilmir
Bizi izləyin

Qırmızı.az

Lənkəran-Lerik yolu bağlanıb: Lerikə artıq 2 sutkadır ki, elektrik enerjisi verilmir

Son günlərdə Azərbaycanda kəskin hava şəraiti, yağan qar fəsadlar törətməkdə davam edir.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kəskin hava ölkənin cənub bölgəsində də ciddi fəsadlar törədib. Ən böhtranlı vəziyyət Lerik rayonundadır. Belə ki, Lənkəran-Lerik yolu tamamilə bağlanıb. Bu səbəbdən həmin ərazidə həyat iflic vəziyyət düşüb. Rayon mərkəzilə kənd arasında əlaqə kəsilib. Şəhərin özündə də nəqliyyatın hərəkəti qeyri-mükündür. 43 saylı Lerik Yol İstismar dairəsinin texnikası yağan qarın öhdəsindən gələ bilmir. Ucqar ərazilərə 1,50, rayon mərkəzinə 1,20 metr hündürlüyündə qar yağıb. Hal-hazırda da qar intensiv olaraq yağır. Enerji təsərrüfatı iflic hala düşüb. Lerikə artıq 2 sutkadan artıqdır ki, elektrik enerjisi verilmir.

Yardımlıda da rayon mərkəzində qarın hündürlüyü 1,20, ucqarlarda 2 metrdir. Cəlilabad, Astara, Lənkəran, Masallıda elektrik enerjisi təchizatında fasilələr var. Kəndlərin əksəriyyəti dünəndən elektrik enerjisizdir. Lənkəranda yağan qar subasma hallarına da səbəb olub. Belə ki, əriyən qarın suyu həyətlərə dolub, sakinlərə müəyyən ziyan vurub.

Hal-hazırda Yardımlı və Lerikdə qar yağmağa davam edir, Lənkəranda yağan qarın intensivliyi azalıb, burada sulu qar yağır. Hava şəraiti mobil operatorların fəaliyyətinə də təsirsiz ötüşməyib. Lerikdə bir sıra mobil operatorların fəaliyyətində məhdudiyyətlər yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm